28 həftəlik hamiləlik zamanı nələr baş verir?

  • Müəllif: elnare
  • Tarix: 20 may 2017
  • Baxış sayı: 12 740
  • 0 rəy

28 həftəlik hamiləlik zamanı nələr baş verir?

Hamiləliyin 28-ci həftəsi hamiləliyin 7 ayı deməkdir. 28-ci həftəlik hamiləlik zamanı uşağın boyunun uzunluğu 35 sm, çəkisi isə bir kiloqramdan artıq olur. Bu irəliləyişi ana həssaslıqla hiss edir. Bu zaman uşağın başının ölçüsü 70,5 mm, döş və qarın bölgəsinin ölçüləri isə 71,9 mm və 73,5 mm olur.

Uşaq ana bətnində böyüdükcə onun bütün orqanları fəaliyyət göstərməyə başlayir. Bu dövrdə uşağın üzü formalaşmağa başlayır. Yeddinci ayda uşaq əllərini və ayaqlarını tərpədir, onun saçlarının rəngi formalaşır.

Hamiləliyin 28-ci həftəsində uşağın solaxay olub-olmaması məlum olur. USM vasitəsilə müayinə edildikdə uşağın ən çox hansı əlini ağzına doğru aparması onun sağ və ya sol əlinin fəal olmasını bildirir. Bu zaman fəal olan əl bir saatda 4 dəfədən az olmayaraq hərəkət edir. Hamiləliyin 28-ci həftəsində qadınların qaraciyər bölgəsində ağırlıq hissi duyula bilir. Bu dövrdə qadınların sağ qabırğaaltı hissələrində də ağırlıq öd kisəsində yaranan durğunluq səbəbindən meydana çıxır. Bu zaman mədə qıcqırması da meydana çıxa bilir.Hamiləliyin son aylarında qadınlar ayaq üstündə çox dayandıqda onlarda bel ağrıları çox olur. Bu dövrdə ayaqlarda qıcolmalar da baş verə bilir ki, bu da kalsium çatışmazlığından baş verir. Bəzi hallarda ayaq və əllərdə uyuşmalar baş verə bilir. Bu da beldəki qabırğaarası sinirlərin gərilməsi səbəbindən baş verir. Bu dövrdə qadınlarda immunitet aşağı düşür, yorğunluq meydana çıxır və bağırsaqlarda disbakterioz baş verir. Mütəxəssislər hamiləliyin yeddinci ayında qarında baş verən ağrılara qarşı diqqətli olmağı məsləhət bilir.

Hamiləliyin yeddinci ayında qadınlar istirahətlətinə və qidalarına qarşı diqqətli olmalıdırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"28 həftəlik hamiləlik zamanı nələr baş verir?" haqqında müzakirə