Sümüklər haqqında

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 212 565
  • 0 rəy

Sümüklər orqanizmin hərəkəti və müdafiəsi kimi mühüm funksiyaları daşıyır. Buna uyğun olaraq bu çətin vəzifələrini yerinə yetirə biləcəkləri həcmdə və möhkəmlikdə yaradılmışlar. Sümüklərimizin içi arı pətəkləri kimi oyuq olduğu üçün onlar yüngüldür. Bu oyuqşəkilli quruluş sayəsində yüngül olmalarına baxmayaraq çox sərtdirlər. Lakin bu yüngüllük onların kövrək olması demək deyil. Əksinə, elə sərtdirlərki, metaldan 5 dəfə artıq möhkəmdirlər. Məsələn, ayaqlarımızdakı bud sümüyü düz dayanarkən 1 ton ağırlığı qaldıracaq nəhəng bir gücə malikdir. Yeriyərkən hər bir addımınızda bu sümüyə bədən çəkinizdən 3 dəfə artıq yük əlavə olunur, lakin sümüklərinizin möhkəmliyi sayəsində siz heç bir zərər hiss etmirsiniz. Bəs sümüklərinizi belə möhkəm edən nədir? Əslində bu sualın cavabı yuxarıda quruluşundan qısaca bəhs etdiyimiz sümüklərin bənzərsiz yaradılışında gizlənir. Sümüklərin daxili quruluşu arı pətəyi kimi şəbəkə formasındadır. Bunun sayəsində sümüklər həm son dərəcə möhkəm, həm də asan hərəkət etdiriləcək şəkildə yüngüldür. Əgər bunun əksi olsaydı, yəni sümüklərin içi də üstü kimi sərt və tam dolu olsaydı, bu zaman sümüklər ağır olardı. Eyni zamanda heç bir yumşaqlığı da olmadığı üçün, məsələn qolunuzu yüngülcə dolabın kənarına toxundursanız, sümüyünüz sına və ya çatlaya bilərdi.
Sümüklər alimlərin çox əhəmiyyət verdiyi və bənzərini yaratmaq üçün illərlə üzərində araşdırma apardığı bir maddədən ibarətdir. Çox yüngül olmalarına baxmayaraq çox möhkəm olan və əsasən də özünütəzələmə qabiliyyətinə malik olan bu maddə öz-özünə artaraq böyüyür. 4-5 yaşınızda olan boyunuzla indiki boyunuzun və 19-20 yaşındakı boyunuz arasındakı uzunluq fərqinin eyni olmamasının səbəbi sümüklərinizin böyüməsidir. Bundan əlavə, bu böyümə olduqca mütənasibdir. Ayaqlarınız böyüyərkən qollarınız da böyüyür, əl və ayaq barmaqlarınız uyğun olaraq böyüyür və müəyyən vaxtda bütün sümüklərinizdə böyümə dayanır. Həm də bu yalnız sizdə yox, ətrafınızdakı insanlarda da baş verən bir haldır. Hər bir insan bu xassəli sümüklərə malikdir.
Sümüklərin bir-birinə birləşdiyi yerlərdə oynaqların olduğunu qeyd etmişdik. Məsələn, dirsək və dizlərimizi burada yerləşən oynaqlar vasitəsilə bütün həyatımız boyunca daim büküb açırıq. Bu oynaqlar həyat boyunca hərəkət etdikləri halda onların yağlanmağa ehtiyacı olmur. Halbuki eyni şəkildə işləyən mexanizmlərin mütəmadi olaraq qayğıya ehtiyacı var. Məsələn, velosipedinizin pedallarını və ya zəncirini müəyyən məsafə getdikdən sonra yağlamalısınız, çünki işlədikcə buradakı yağ azalır və hərəkət çətinləşir. Buna bənzər şəkildə sümük uclarındakı oynaqlar da daim işləyir, lakin onların yağlarını dəyişməyiniz lazım gəlmir. Nə üçün? Beləliklə, alimlər bu sualın cavabını araşdırmış və belə bir faktı müəyyən etmişlər: oynaqların səthi incə və kiçik dəliklərlə örtülmüşdür, səthin alt hissəsində isə sürüşkən bir maye var. Sümük oynağa sıxılanda bu maye dəliklərdən çıxır və oynağın üzərini “yağ kimi” sürüşkən edir.
Bütün bunlar insan bədəninin nə qədər yüksək bir quruluşda yaradılmış olduğunu bir daha sübut edir. Biz də bu ideal quruluş sayəsində müxtəlif hərəkətləri sürətlə və rahatlıqla edə bilirik.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sümüklər haqqında" haqqında müzakirə