HAMİLƏLİK ZAMANI QADINLARIN PSİXOLOJİ VƏZİYYƏTİ

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 4 006
  • 0 rəy

Hamiləlik hər bir qadının yaşamaq istədiyi bir dönəmdir. Bu müddəti hər qadın bir cür yaşayır. Hamiləlik hər qadının həyatında fərqli bir zaman kəsiyidir. Bu zaman kəsiyində hamilə qadın həm fiziki, həm də psixoloji yükləndiyinə görə qadınların psixologiyasında bir sıra dəyişikliklər baş verir. Hamiləlik qadınların psixologiyasında geri dönüşü olmayan iz buraxır. Doğuş və uşaq dünyaya gəldikdən sonra bir ömür boyu ona analıq etmək kimi fikirlər, hamilə qadının psixalogiyasında bəzi patologiyalara səbəb ola bilir. Bu patologiyalar bəzən qalıcı ola bilir və qadınlarda bir ömür boyu önəmli narahatçııqlara səbəb olur.
Hamiləlik zamanı heç də hər qadının psixologiyası pozulmur. Möhkəm iradəyə sahib olan qadınlar hamiləlik zamanı heç bir patoloji-psixoloji hal yaşamırlar.
Hamiləlik zamanı qadınlar həmişəkindən daha həssas olurlar. Bu zaman hamilə qadınlar ərlərindən və ətrafdakılardan daha çox diqqət və qayğı gözləyirlər. Qadınlar bu zaman qayğı və diqqəti ən çox öz ərlərindən gözləyirlər. Əslində onların buna ehtiyacı da çox olur.
Hamilə qadın ətrafdan ona göstərilən qayğı və sevgi ilə yaşadığı qorxu və məsuliyyətdən azad olmağa – yüngülləşməyə çalışır. Bir yandan hamiləliyin başa çatdırmamaq qorxusu, digər yandan isə məsuliyyət hissi qadınlarda “Hamiləlik depressiyası”-nın başlamasına səbəb olur. Araşdırmalar nəticəsində hər 2 qadından birində bu depressiya baş verir. Depressiyanın baş verməsi üşün aşağıda sadalananların rolu böyükdür:
– erkən hamiləlik
– basqı altıda baş verən hamiləlik
– gec baş verən hamiləliklər
– uzunmüddətli müalicədən sonra baş verən hamiləlik
– hamiləliyin arzuolunan olmaması
– hamiləlik zamanı baş verən digər xəstəliklər
– ailə-məişət problemləri
Hamiləlik depressiyası zamanı qadınlarda diqqətsizlik, yorğunluq, hər şeydən küsmə, incimə və bu kimi hallar baş verir. Depressiya daima qadını gərgin saxladığı üçün tez-ez əsəbilik halları müşahidə edilir ki, ba da çox zaman ər və arvad arasında münaqişələrə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"HAMİLƏLİK ZAMANI QADINLARIN PSİXOLOJİ VƏZİYYƏTİ" haqqında müzakirə