Şəkər xəstələrində əmələ gələn yaralardan xilas olmağın yolları

  • Müəllif: elnare
  • Tarix: 5 may 2017
  • Baxış sayı: 12 133
  • 0 rəy

 Şəkər xəstələrində əmələ gələn yaralardan xilas olmağın yolları

Şəkərli diabet xəstələrinin 15%-də diabetik yaralar əmələ gəlir. Diabetik yaralar ən çox ayaqlarda əmələ gəlir və gec sağalır. Dibetik yaraların əmələ gəlməsinə qan dövranının pozulmaları səbəb olur. Şəkərli diabet xəstələrində vena damarlarının funksiyası normal yerinə yetirilmədiyinə görə venoz patalogiyalar əmələ gəlir və yaralar sağalımır və ya gec sağalır. Onun sağaldığı dövrlərdə yaraya infeksiyanın düşmə ehtimalı olduğunu nəzərə alarsaq vəziyyətin ciddiliyini anlamaq çətin deyil. Bu ağırlaşmaların baş verməməsi üçün isə yaraya diqqətlə yanaşmaq və onun tez bir zamanda sağalmasına çalşmaq lazımdır.

Dibetik yaralar nədən yaranır?

Diabetik yaraların əmələ gəlməsinə səbəb qanda şəkərin miqdarının çox olması və bu səbəbdən də qan dövranının pozulmasıdır. Şəkərli diabet zamanı qan dövranı pozğunluqları əsasən özünü aşağı ərtaflarda göstərir. Bu səbədən də ayaqlarda adi bir zədələnmə olduqda orada yara əmələ gəlir və həmin nahiyə qanla yaxşı qidalanmadığına görə yara sağalmır.

Yaraların əmələ gəlməsinə nə səbəb olur?

Bəzən ayaqlarda yaraların əmələ gəlməsinə zədələnmələr yox, spirtli içki qəbulu, siqaret, piylənmə, ürək və böyrək xəstəlikləri səbəb olur. Bəzən də ayağa uyuşmayan ayaqqabılar şəkər xəstələrində yaraların əmələ gəlməsinə səbəb olur.
Şəkərli diabet xəstələri yaraların əmələ gəlməsindən nə qədər özlərini qorusalar da, onlarda şəkər yaralarına əmələ gələ bilir. Bəzən diabetik yaralar ayaqlarına qulluq edən, ayaqqabılarına və corablarına diqqət yetirən xəstələrdə də meydana gələ bilir. Bu zaman isə əsas məsələ yaralarda ağırlaşmaların əmələ gəlməsinin qarşısını almaqdan ibarətdir.
Diabetik yaraların tez sağalması üçün ən yaxşı təbii vasitə təbii baldır. Təbii bal yaraları təmiz saxlayır, onların sağalmasını tezləşdirir. Yaraların tez sağalması isə yarada əmələ gələn ağırlaşmaların və ətrafın aptutasiyaya məruz qalmasınını qarşısını alır. Əsil süzmə zeytun yağı da yaraların sağalmasını sürətləndirir və heç bir əks təsiri yoxdur. Zədələnən nahiyəyə çaytikanı yağı sürtmək də yaranın oksigenlə qidalanmaasına səbəb olur. Çaytikanı yağı da diabetik yaraların tez sağalmasına və zədələnmiş nahiyənin yaxşı qidalanmasına səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Şəkər xəstələrində əmələ gələn yaralardan xilas olmağın yolları" haqqında müzakirə