Yay və şəkər xəstələri

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 408
  • 0 rəy

Yay və şəkər xəstələri
Havanın istiliyinin artması, günlərin uzanması və aktiv həyat tərzi orqanizmdə suyun azalmasına səbəb olur. Yay aylarında orqanizmin su itirmə ehtimalı qış aylarında itirilən suyun miqdarından 2 dəfə çox olur. Dəri vasitəsilə buxarlanan su orqanizmdə su-duz mübadiləsinin pozulmasına səbəb olur. Bu da halsızlığa, sümüklərdə ağrıların olmasına, ürəkdə ritm pözğunluqlarına səbəb olur. Buna görə də şəkərli diabet xəstələri yay aylarında bol su içməlidirlər. Uzun müddət ac və susuz qalmaq yay aylarında şəkər xəstələrinin sağlamlığı üçün çox zərərlidir.
Yay fəslində şəkər xəstələri yedikləri meyvələrə də diqqət yetirməlidirlər. Belə xəstələrə kalorisi və şəkəri yüksək olan meyvələr az miqdarda yeməlidir.
Yay aylarında şəkərli diabet xəstələri ayaqlarına daha da diqqətlə qulluq etməlidirlər. Yayda corabsız və rezin yay ayaqqabısı ilə gəzmək dabanlar və barmaq uclarının zədələnməsi üçün bir fürsətdir.
Şəkərli diabet xəstələrinin yay fəslində qızmar günün altında gəzməlri məsləhət deyil. Yaxşı olardı ki, hər gün səhər və axşam saatlarında 1 saat gəzintiyə çıxsınlar.
Yay aylarında şəkərli diabet xəstələrinin sərin havası olan bir yerdə yaşamaları məsləhət görülür. Yaxşı olardı ki, belə xəstələr gedəcəyi yeri öz həkimləri ilə məsləhətləşsinlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yay və şəkər xəstələri" haqqında müzakirə