Mədə və onikibarmaq yarası
Mədə və onikibarmaq yarası mədə və onikibarmağın selikli qişasında deffektin olması ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyin əmələ gəlməsinə görə aşağıdakı növləri var:
1. Stress səbəbli əmələ gələn yaralar.
2. Dərmanlar səbəbli əmələ gələn yaralar.
3. Endokrin yaralar.
4. Daxili orqanların xəstəlikləri səbəbindən əmələ gələn yaralar.
Xəstəliyin əmələ gəlməsi onu yaradan səbəbdən və səbəbin ağırlıq dərəcəsindən asılıdır.
Mədə və onikibarmaq yarasının ağırlıq dərəcəsi etioloji faktorlardan asılıdır. Bu faktorlara aşağıdakılar aiddir:
– irisi faktor
– psixi-əsəbi gərginliklər
– yaranın əmələ gəlmə səbəbləri.
Yara mədə və onikibarmağa təsir göstərən patogen faktorlara qarşı mədənin və onikibarmağın selikli qişasının verdiyi aqressiv reaksiya sayəsində əmələ gəlir. Bundan başqa yara mədədə və onikibarmaq bağırsağın selikli qişasının mikrosirkulyasiyasının pozulması sayəsində əmələ gələ bilir.
Xəstəlik morfologiyasına görə 3 cür olur:
– eroziya
– kəskin yara
– xroniki yara.
Yaralar sayına görə tək və bir-neçə dənə ola bilir. Mədə və onikibarmaq yarası ölçülərinə görə də fərqli olurlar:
– kiçik ölşülü yaralar – 0,5 mm-dən az olanlar
– orta ölçülü yaralar – 0,5 – 1 sm olanlar
– iri ölçülü yaralar – 1,1 – 3 sm olanlar
– qiqant yaralar – 3 sm-dən iri olanlar.
Xəstəlik özünü aşağıdakı əlamətlərlə göstərir:
– qida qəbulundan yarım saat sonra başlayan ağrılar
– ağrının mədədən arxa hissəyə irradiasiya etməsi
– qida qəbulundan sonra ağız boşluğunun seliklə dolması
– məcburi qusma.
Mədə və onikibarmaq yarası zamanı xəstə qusduqdan sonra rahatlaşır. Bəzi hallarda xəstələr özləri özlərinin məcburən qusdururlar.
Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda aşağıdakı ağırlaşmalar baş verir:
– mədə və onikibarmaq qanaxmaları
– yaranın deşilməsi.
Xəstəliyə diaqnozun qoyulmasında endoskopiyanın və rentgenoskopiyanın müalicəsi əsas götürülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Mədə və onikibarmaq yarası" haqqında müzakirə