Şəkərli diabetin ağırlaşmaları
Şəkərli diabet xəstəliyi zamanı orqanizmdə maddələr mübadiləsi pozulur. Buna görə də şəkərli diabet xəstəliyi zamanı digər orqanlara da zərər dəyir. Diabetin ən çox zərər verdiyi orqanların siyahısında gözlər, böyrəklər və əsəb sistemi ön sıralarda durur.
Buna görə də şəkərli diabet xəstələri ən azı ildə bir dəfə tibbi yoxlamadan keçməli və əsasən də, gözlərini, böyrəklərini həkim nəzarəti altında saxlamalıdır. Çünki şəkərli diabet uzun illər davam edən bir xəstəlik olduğuna görə digər orqan və toxumalarda patologiyalara səbəb ola bilir.
Patologiyaların baş verməməsi üçün diabet xəstələri həkimin təyin etdiyi dərmanları vaxtı-vaxtında qəbul etməli, sağlam həyat tərzi yaşamalıdırlar. Bunun üçün diabet xəstələri bəzi tövsiyələrə əməl eləməlidirlər:
* qanda şəkərin miqdarını normada saxlamalıdırlar
* siqaretdən uzaq durmalıdırlar
* alkoholdan istifadə etməməlidirlər
* həddindən artıq fiziki yüklənməməlidirlər
* ayaqlarının təmizliyinə diqqət yetirməlidirlər
* vaxtaşırı həkim yoxlamasından keçməlidirlər.
Şəkərli diabet xəstələri həkimin göstərişlərinə əməl eləməzlərsə, aşağıdakı ağırlaşmalar baş verə bilər:
* gözlərdə zəifləmə və müxtəlif xəstəliklər
* ayaqlarda qidalanma pozğunluqları və yaralar
* böyrək funksiyalarının pozulması
* damarların keçiricilik qabiliyyətinin pozulması
* ateroskleroz
* ayaqlarda qanqrena.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Şəkərli diabetin ağırlaşmaları" haqqında müzakirə