Hörümçəklərdən xilas olmağın yolları. Hörümçəkləri evdən necə uzaq tutmalı?
Hörümçəklərdən xilas olmağın yolları. Hörümçəkləri evdən necə uzaq tutmalı?
Evində hörümçək görmək heç kimin xoşuna glmir. Ancaq, nə qədr istəsək də bundan yaxamızı qurtara bilmirik. Onların qurduğu toru nə qədər təmizləsək də bir-neçə saatdan sonra yenidən yenisi ilə əvəz olunduğunun şahidi oluruq. Hörümçəklərdən müxtəlif kimyəvi dərmanlardan istifadə etməklə və ya onları öldürməklə xilas olmaq mümkün olur. Aşağda kimyəvi dərmalnardan istifadə etməməklə onlardan xulas olmağın yolları yazılıb.
- 1. Hörümçəklər nanənin iyindən xoşlanmırlar. Onları evdən uzaq tutmanın yolu sprey qabına su və nanə yağı dolduraraq evlərin hər küncünə püskürtmək lazımdır.
- 2. Hörümçəklərdən xilas olmağın yollarından biri də evi daima təmiz saxlamaqdır. Çünki, hörümçəkər ən çox tozlu və hərəkətsiz qalan hissələrdə tor qururlar.
- 3. Evi təmizlədiyiniz suya az miqdarda sirkə qatsanız sirkəli su dəyən nahiyələrədə hörümçək yuva qurmaz.
- 4. Evinizdə pişik saxlamaqla siz hörümçəklərxən xilas ola bilərsiniz.
- 5. Hörümçəklərdən xilas olmağı ən yaxşı yolu onları evə buraxmamaqdır. Əgər sizin həyətinizdə ağaclar, güllər varsa o zaman hörümçəyin sizə yaxın oma ehtimalı daha çoxdur. Belə ki, hörümçəklər ən çox ağac yarpaqlarının, xəzəllərin arasında toplanır.
- 6. Limon qabığını rəndələyib hörümçəklərin tor qurduğu yerlərə səpməklə siz hörümçəklərdən qurtara bilərsiniz.
- 7. Şabalıdı çürüyənə qədər pəncərə qabağında, kitab rəfində və ya hörümçək toru olan nahiyələrdə saxlasanız hörümçəklərin uzaqlaşmasına səbəb ola bilərsiniz.
- 8. Tütün tozu səpmək hörümçəklərdən qurtarmaq üçün ən yaxşı vasitədir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Hörümçəklərdən xilas olmağın yolları. Hörümçəkləri evdən necə uzaq tutmalı?" haqqında müzakirə