Üzünüzdəki qara nöqtələrdən sadə bir vasitə ilə xilas olmağın yolları

  • Müəllif: elnare
  • Tarix: 25 may 2017
  • Baxış sayı: 4 693
  • 0 rəy

Üzünüzdəki qara nöqtələrdən sadə bir vasitə ilə xilas olmağın yolları

Qara nöqtələr əksər qadınların problemidir. Qara nöqtələrdən xilas olmağın bir çox yolları var, amma sizə ən sadə və ucuz vasitə ilə onlardan xilas olmaq vasitəsini təqdim etmək istəyirik.  

Qida sodası mətbəxdə qadınların köməyinə gəldiyi kimi, gözəlləşməkdə də qadınlara yardımçı olur. Adi qida sodası kimi tanıdığımız məhsul dərinin təmizlənməsinə bir çox xəstəliklərdən xilas olmasına yardım edir. Üzdə əmələ gələn qara nöqtələrdən çay sodası vasitəsilə xilas olmaq mümkündür. 

İstifadə qaydası:  

Bir çay qaşığı soda kiçik qaba tökülür və üzərinə bir neçə damcı su tökülür. Qarışdırıldıqdan sonra dəriyə sürtülür. Qarışımı dəriyə sürtdükdə onu barmaqların ucu ilə massaj edərək dəridə olan çökəkliklərə də nüfuz etməsinə çalışmaq lazımdır. Qarışım üzdə bir müddət saxlanıldıqdan sonra ilıq su ilə yaxşı-yaxşı yuyulur. Proseduru hər gecə yatmazdan əvvəl təkrarlamaq lazımdır. Soda maskası üzün dərisi üçün çox effektlidir. Buna görə də soda maskası ilə gözaltı qara torbalardan xilas olmaq mümkündür. Aşağıdakı qarışımı hazırlayıb ondan hər gün üzünüzü silərək təmizləyə və gözaltı torbalardan xilas ola bilərsiniz:
Bir çay qaşığı sodanın üstünə 1 stəkan qaynar su tökülür. Yaxşı qarışdırdıqdan sonra pambığa batırılıb üzü və gözaltı nahiyəni hər gün silmək lazımdır. Üzü 15 dəqiqədən tez yumamaq sodanın dəriyə təsirini effektli edir. 15 dəqiqədən sonra üz isti su ilə yuyulur. Üzü quruladıqdan sonra qidalandırıcı krem sürtülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Üzünüzdəki qara nöqtələrdən sadə bir vasitə ilə xilas olmağın yolları" haqqında müzakirə