Doğuşdan və arıqladıqdan sonra dəridə əmələ gələn ağ xətlərdən xilas olmağın yolları
Doğuşdan və arıqladıqdan sonra dəridə əmələ gələn ağ xətlərdən xilas olmağın yolları
Dəri insan orqanizminin ən böyük orqanı sayılır. Bizim orqanizmimizdə baş verən bütün funksiyaların daxili orqanlarla əlaqəsi olduğu kimi, dəri ilə də əlaqəsi var. Nazik və həssas dərisi olan qadınların doğuşdan sonra qarın bölgələrində ağ xəttlər əmələ gəlir. Bəzən isə ağ xəttlər arıqladıqdan sonra əmələ gəlir və xoş olmayan görüntü əmələ gətirir.
Dəridə əmələ gələ ağ xəttlər tibbi yollarla xilas olmaq mümkündür. Bu dermatoloqlar tərəfindən kosmetoloji mərkəzlərdə həyat keçirilir. Amma, bunun üçün çoxlu pul xərcləmək lazımdır.
Aşağıdakı maskanı qoymaqla ucuz vasitə ilə bundan xilas olmaq mümkünür.
Yağ və aspirin maskası üçün lazım olanlar:
- * bir-neçə ədəd aspirin
- * 2 xörək qaşığı zeytun yağı
Aspirinlər əzilir və az miqdar suda həll edilir. Qarışım qızdırılmış zeytun yağında həll edilir. Maska dəriyə isti halda sürtülür və 20 dəqiqə saxlanılır. Sonra maska isti su ilə yuyulur. Dərinin quruluğu çox olduqda maskaya yumurta sarısı alavə edilir.
Bu maskanı uzun müddət günaşırı eləmək dəridə əmələ gələn qırışıqlıqları və ağ xəttləri aradan qaldırır. Bir ay maska qoyulduqda effekti aşkar bilinir. Mütəxəssislər maska qoyan zaman E vitamini qəbul etməyi də məsləhət bilir.
Mütəxəsilər dərilərində qırışıqlar və ağ xəttlər olan adamlara günəş şüası və solyari qəbul eləməyi məsləhət bilmir.Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Doğuşdan və arıqladıqdan sonra dəridə əmələ gələn ağ xətlərdən xilas olmağın yolları" haqqında müzakirə