Qarışqaları öldürmədən evdən qovmanın yolları.

  • Müəllif: elnare
  • Tarix: 4 may 2017
  • Baxış sayı: 35 427
  • 0 rəy

Qarışqaları evdən qovmanın yolları. Qarışaların öldürmədən onlardan necə xilas olmaq olar?

Yaz fəslinin gəlməsi ilə əlaqədar torpağın isinməsi qarışqaların fəaliyyətini daha da artırıb. Qış uzunu torpağın altında qalan qarışdalar qida yığmaq üçün qida məhsulları olan yerlərə “hücum” edir. Belə yerlərin siyahısında ilk yeri mətbəx tutur. Qarışqaların ən çox mətbəxdə olma səbəbi isə onların digər canlılar kimi suya və qidaya ehtiyac duymalarıdır.Qidalanmaq üçün mətbəxə “hücum” edən qarışqalar əksər hallarda evlərə də doluşur və insanı narahat edən bir hal yaradır. Qarışqaları evdən uzaqlaşdırmadıqda isə onların sayı günü-gündən artıb çoxalır və onlar fürsət tapdıqları yerdə yuva qurub, bala artırlar. Qarışqaların evdə yuva salması isə bir-neçə ay ərzində milyonlarla qarışqanın sizin evinizdə kök salması deməkdir.

Sizə qarışqaları evdən uzaq tutmağın bir-neçə yolunu öyrətmək istəyirik.  

1. Qarışqaları evdən uzaqlaşdırmaq üçün ilk növbədə onların evə haradan gəldiyini müəyyən etmək lazımdır. Mətbəxi təmiz saxalamaq və qida yığılan qabların ağzının sıx bağlanması oraya qarışqa girməsinin qarşısını alan ilk səbəbdir. Fikir vermisinizsə əgər qarışqalar bir yerə hücum çəkdikdə əskərlər kimi sıra ilə gedirlər Bunun sirri qarışqaların bir-birinin iyi vasitəsilə digərini izləmək qabiliyytinə malik olmasındadır. Qarışqa sırasını izləməklə siz onların çıxış nöqtələrini tapa və oranı müxtəlif vasitələrlə (sement, selikon və s.)doldurmanız evinizə gələn qarışqaların sayını 50-60% azalda bilərsiniz.
2. Qarışqalar toplu şəkildə yaşayan və bir-birləri ilə əlaqə yarada bilən heyvanlardır. Əgər siz onlarla zəif şəkildə mübarizə apardıqda (yuvanın ağzına daş qoyduqda) onlar başqa yerdən çıxmağa cəhd göstərirlər və bunun qarşısını almaq mümkün olmur. Amma, qarşqa yuvasının giriş hissəsini hər tərəfindən kip şəkildə bağlamaq onları başqa yerə kəçməyə məcbur edir.
3. Qarışqaların biri digərini iy vasitəsilə tapdığına görə onların gəldiyi yolu tapıb iylərini aradan qaldırmaq qarışqa axınının qarşısını alacaq. Bu yolda yuyucu tozlar və dezinfeksiyaedicilər köməyə gələ bilir.
4. Yarıyarıya sirkə qatılmış su ilə mətbəxi silmək qarışqaların axınının qarşısını alacaq.
Yuxarıda qeyd olunan vasitələr qarışqaların 2-3 həftə qarşısını ala bilir.
Bəzi təbii vasitələrlə də qarəşqaların evə gəlməsinin qarşısını ala ilərsiniz. Bu vasitələrlə siz qarışqaların iyə qarşı olan həssaslığından istifadə edib onlayı iy duyma qabiliyyətini korlaya və bununla da onların evə hücumunun qarşısını ala bilərsiniz.
1. Limon qabığını evin və mətbəxin künclərinə düzüb qarışqaları çaşdıra bilərsiniz.
2. Künclərə darçın səpmək qarışqaların evə girməsinin qarşısını alır.
3. Körpə uşaqlarım bişməcələri üçün isstifadə edilən pudra qarışqaların iybilmə qabiliyyətini çaşdırır.
4. Üyüdülməmiş kofe dənələrini mətbəxin küncünə düzdükdə qarışqalar qəhvə dənələrini iyləyə-iyləyə onun ətrafına doanırlar, sonra da bunun mənasız olduğunu görüb geri qayıdırlar.
5. Qarışqaanın gəldiyi yerlərə dəfnə yarpağı düüzmək onların qarşısını kəsir və geri qaytarır.
6. Acı qırmızı bibərin iyi də qarışqaların mətbəxdən uzaqlaşmasına səbəb olur. Bunun üçün toz bibəri mətbəxin günclərinə səpmək kifayətdir.
7. Hanənin qurusunu və ya təzəsini də qarışqa gələn yerlərə səpərək onların iy bilmə qabiliyyətlərini çaşdıra və qarışqalardan canınızı qurtara bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qarışqaları öldürmədən evdən qovmanın yolları." haqqında müzakirə