Aşağıda adları çəkilən kosmetik vasitələrin tərkibində zəhərli maddələrin olduğu aşkar edilmişdir. Diqqətlə oxuyun!

  • Müəllif: elnare
  • Tarix: 7 aprel 2017
  • Baxış sayı: 11 649
  • 0 rəy

Aşağıda adları çəkilən kosmetik vasitələrin tərkibində zəhərli maddələrin olduğu aşkar edilmişdir. Diqqətlə oxuyun!

Tərkibində zəhərli maddələr olan sabunların və kosmetik vasitələrin siyahısı. 

Bu sabun döş xərçənginin əmələ gəlməsinə səbəb olur, amma, siz hər gün ondan istifadə edirsiniz. Bu sabun antibakterial sabundur.
Əksər insanlar antibakterial sabundan istifadə edir. Reklamlarda deyildiyi kimi, bu sabun insan dərisini bakteriyalardan və mikroblardan qoruyur. Amma, antibakterial sabunun kimyəbi vasitələrlə hazırlandığını və kanserogen mənşəli olduğunu demək olar ki, heç kim bilmir.  
Araşdırmalar antibakterial sabunun tərkibində triklozan və triklokarban olduğunu sübut edib. Bu kimyəvi birləşmələr isə orqnizmdə xərçəng hüceyrələrinin əmələ glməsinə səbəb olur. Triklozan orqanizmdə hormonların funksiyasını pozur, estrogenlərin və testosteronun miqdarına təsir edir.
Triklozanın dəri vasitədilə sorulub döş xərçəngi əmələ gətirmək xüsusiyyəti vardır. Bu maddə əvvəldə endokrin sistemin funksiyasını pozur və sonra döş vəzində xərçəngin əmələ gəlməsinə səbəb olur.
Tərkibində oktilfenol olan antibakterial sabunların isə boy hormonuna təsir etdiyi sübut olunmuşdur.
Oktilfenol və triklazonun isə bir sabunun tərkibində olması boy hormonunun normadan artıq inkişaf etməsinə və boyun anormal dərəcədə uzanmasına səbəb olur.
Triklozan hansı məhsullarda olur?

Yuyucu vasitələr

Clerasil, Dial bədən üçün sabunları, Sanittizers köpüyü, Çay ağacı Therapu maye sabunu, Dermalogika, DermaKleen antibakterial losyon-sabun, CVS antibakterial sabunu, Ajax Antibakterial Dişsoap, KİMCARE antibakterial sabun, Budy Woks antibakterial sabunu
Ağıza qulluq vasitələri
Antibakterial diş pastası Golgate Total, Breeze, Daily Mouthwash, Reach  

Kosmetika məhsulları

Botanika pudrası, dodaq üçün Malava, Movate Litening kremi, Revlon Color Stay Lipshine, pomada Plus Gloss, Babor Volume, Maskara, Phytomer İdeal Visage Gentle Cleansiq Milk, Phytomer Krem Hidracontinue İnstant Moisture, Body Wörks antibakterial qulluq losyonu

Dezodorantlar

Citrisomes dezodorantı, aloe tərkibli Arm və Hammer dezodorantı, Koroleva Helena dezodorantı, Decleor Dezodorant stik, Epoch

Mətbəxtdə istifadə edilən məhsullar

Mikroban 20, Franklin tərəvəz maşını, FMP dondurma hazırlayan maşın, Farbervare, Xobarta yarımavtomat maşını Chix, Mirroban restoranlar üçün salfet, Mikroban Food Service, Compast Veb Food

Şəxsi gigyena vasitələri

Slick cib dəsmalı, Scunci Mikroban əlcək, Murad Acne Compleks Kit, Diabet- x Cream, Sportslick

Paltarlar

Biofresh corabları və alt geyimləri.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıda adları çəkilən kosmetik vasitələrin tərkibində zəhərli maddələrin olduğu aşkar edilmişdir. Diqqətlə oxuyun!" haqqında müzakirə