Aşağıda adları çəkilən nahiyələrdəki tüklərin çıxarılması yol verilməzdir. Diqqətli olun!

  • Müəllif: elnare
  • Tarix: 8 aprel 2017
  • Baxış sayı: 28 208
  • 0 rəy

Aşağıda adları çəkilən nahiyələrdəki tüklərin çıxarılması yol verilməzdir. Diqqətli olun!

Qızların demək olar ki, 99%-i bədənində olan tüklərdən azad olmağa çalışır. Onlar bunu ya özləri pinset vasitəsilə, ya da çözəllik salonunda kosmetoloqlar tərəfindən həyata keçirirlər. Amma gözə görünən hər bir tükü çəkib çıxarmaq olmaz. Bədənin elə nahiyələri vardır ki, həmin nahiyənin tüklərini çıxartmaq qəti qadağandır və təhlükəli sayılır.

Qaşlar

Qaşlarda bəzi tük soğanaqları vardır ki, onların zədələnməsi təhlüləli ola bilər. Dermatoloqlar həmin tük köklərindən tükün çıxarıldığı zaman bir neçə il sonra tüklərin yerində daha cod və sərt tüklərin çıxdığını qeyd edirlər. Sonradan çıxan tüklər qısa bir zamanda uzanmaq qabiliyyətinə malik olur.

Akne, sızanaq 

Mütəxəssislər dəridə akne və ya sızanaq olan hissədəki tüklərin çıxarılmasını məsləhət bilmirlər. Onlar tük kökünə infeksiyanın asanlıqla daxil olacağını və bunun da təhlükli olduğunu qeyd edirlər.

Cod tüklər

Mütəxəssislər cod tüklərin pinset vasitəsilə çıxarılmasını təhlükəli hesab edir. Bu səbəbdən də cod tükü çıxardıqdan sonra yerini skrab və ya antibakterial maddə ilə silməyi məsləhət bilirlər.

Xallar

Xalların üstündəki tüklərin də çıxarılması məsləhət sayılmır. Əgər xalınızın üstündə tük varsa və onun varlığından narahatsınızsa o zaman tükün mütəxəssislər tərəfindən çıxarılmağına qərar verin. Çünki, xalların üstündəki tükləri çıxaran zaman sinir kökləri zədələnə bilər.

Döşün giləsi

Bəzi qadınların döşlərinin giləsində tüklər əmələ gəlir. Düzdür bu estetik cəhətdən xoş görünmür. Döşün giləsində əmələ gələn tükləri mütəxəssislər 2 sm-dən qısa olduğu zaman pinsetlə çıxarmağı məsləhət bilmirlər. Çünki, tüklərin uzun olduğu halda tük köklərinə infeksya düşmək şansı az olur.
Mütəxəssislər bədənin istənilən bölgəsində tüklərin çıxarılmasının təhlükəli ola biləcəyini söyləyirlər. Ən təhlükəli nahiyələr isə yuxarıda adları çəkilən nahiyələr hesab edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aşağıda adları çəkilən nahiyələrdəki tüklərin çıxarılması yol verilməzdir. Diqqətli olun!" haqqında müzakirə