Sakroileit

  • Müəllif: elnare
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 5 319
  • 0 rəy

Sakroileit.
Sakroileit onurğanın aşağı hissəsinin çanaq sümüyünə birləşən hissəsinin iltihablşmasıdır. Xəstəlik əsasən birləşdirici toxumanın sistem xəstəlikləri zamanı meydana çıxır. Bəzi hallarda sakroileitin əmələ gəlməsinə baş verən travmalar, revmatik xəstəliklər də da səbəb ola bilir. Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
– həmin bölgədə şiddətli ağrılar
– hərəkətin azalması
– temperatur
– səbəbsiz əmələ gələn dəri xəstəlikləri
– səbəbsiz baş verən ishal.
Xəstəliyin ilk günlərindən kəskin ağrılar xəstəni incitməyə başlayır. Bəzən sakroileiti radikulit xəstəliyi ilə səhv salırlar. Xəstədən anamnezin diqqətlə toplanılması, diaqnozun düzgün qoyulmasında böyük rol oynayır. Belə ki, sakroileit bir çox hallarda spontan iltihablı revmatzm, vərəm və brüselyoz xəstəliklərindən sonra baş verir. Bəzən isə xron xəstəliyi, infeksion xəstəliklər, kolit səbəbindən də xəstəlik baş verə bilir. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq 5 növü var:
1. Normal.
2. Şübhəli.
3. Minimal sakroileit.
4. Orta dərəcə sakroileit.
5. Ankiloz.
Xəstəlik əmələ gəlmə səbəbinə görə birincili və ikincili ola bilir.
Birincili sakroileit zamanı xəstəlik çanaqda baş verən patologiya səbəbindən meydana çıxır.
İkincili sakroilet isə immun sistemdə baş verən patologiyalar zamanı birləşdirici toxumanın xəstəlikləri və revmatizm xəstəlikləri zamanı meydana çıxır.
Xəstəliyə diaqnozun qoyulmasında rentgen müayinənin və toplanılan anamnezin nəticələri mühüm rol oynayır.
Sakroileitin müalicəsində aşağıdakı üsullardan istifadə edilir:
– fizioterpevtik müalicə üsulu
– dərman müalicəsi
– fiziki və psixoloji istirahət.
Sakroileit zamanı xəstələrdə şiddətli ağrıların olmasına baxmayaraq xəstəlik həyat üçün təhlükəli hesab edilmir. Lakin bel nahiyyədə baş verən ağrılar digər orqanlara da sirayət etdiyindən hərəkət məhdudluğu meydana çıxır. Xəstəliyin müalicəsi zamanı orqanizmdə baş verən digər xəstəliklərin də müalicə olunmağı tələb olunur. Xəstəlik vaxtında və düzgün müalicə olunmasa ağırlaşmalar baş verir. Belə ki, xəstəlik müalicə olnmadıqda əlilliyə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sakroileit" haqqında müzakirə