Sizin də ayaqlarınız ağrayırsa o zaman mütləq oxuyun!

  • Müəllif: elnare
  • Tarix: 4 mart 2017
  • Baxış sayı: 9 694
  • 0 rəy

Sizin də ayaqlarınız ağrayırsa o zaman mütləq oxuyun!
Ayaq ağrısı nədir?
Ayaqlarımız bədənimizin aşağı hissə olmaqla yanaşı bədənimizin yükünü daşıyan bir orqandır. Ətrafımızda ayaq ağrılarından şikayət edən yüzlərcə insan var. Bəs ayaqlarımız niyə ağrayır?
Ayaqlar sinirlərdə baş verən patologiyalar, infeksion xəstəliklər, əzələlərdə və vətərlərdə baş verən patologiyalar, travmalar, damar xəstəlikləri, sistem xəstəlikləri və s. səbəbindən ağrayır .Sinirlərin sıxılmaları və sinir başlarının əzilmələri də ayaqlarda ağrıların əmələ gəlməsinə səbəb olan amillərdən biridir.
Onurğa yırtığı.
Onurğa yırtığı onurğa sümüyünün arasında sinirləri sıxdığına görə hərəkət edən zaman ağrılar meydana çıxır. Bu zaman ağrı beldən başlayaraq ayaqdakı sinir boyu olur. Ağrının şiddəti xəstəliyin dərəcəsindən asılı olaraq dəyişir. Onurğanın yırtığı zamanı ayaqlarda uyuşma, hissiyyatın itməsi, qarışqa gəzməsi hissiyyatı da müşayət edilir.
Onurğa kanalının darlması.
Onurğa kanalının daralmasına bel hissəsindəki toxumaların tədricən kirəcləşməsi səbəb olur. Daralma bütünlüklə və ya hissəvi ola bilir. Bu zaman beldən bud nahiyəyə doğru ağrı hissiyyatı olur. Onurğadan sinir sıxıldıqca ayaqlarda gücün itməsi, uyuşma, bel ağrısı müşahidə edilir. Xəstəlik ağırlaşdıqca sidikburaxma, müvazinatın itməsi də baş verir.
Sinir zədədlənməsi.
Bu ağrılar travmalar, əzilmələr, odlu silah yaralanmaları və bıçaqlanmalar səbəbindən baş verir. Bu ağrılar ayaqlarda uyuşmaya, keyləşməyə, sürüyərək gəzmələrə səbəb olur.
Neyropatik xəstəliklər.
Neyropatik xəstəliklər sinirlərdə ağrıların baş verməsinə səbəb olur.
Şişlər və kistalar.
Onurğa və onurğaətrafı bölgədə əmələ gələn şiş toxuması sinirləri sıxdığı üçün ayaq ağrılarına səbəb olur. Bu zaman ağrıların şiddəti getdikcə artır, ayaqların gücü, hissiyyatı isə zəifləyir. Bu zaman defekasiya aktı və sidiyə çıxma çətinləşir, cinsi zəiflik baş verir.
Sümük şişləri.
Ayaq sümüklərində əmələ gələn şiş xəstəlikləri ayaqların ağrımasına, hərəkətin azalmasına səbəb olur.
Ayağın arteriya və vena damarlarında baş verən xəstəliklər də ayaqlarda ağrıların baş verməsinə səbəb olur. Bel sərpməsi, diz və diz çevrəsində əmələ gələn xəstəliklər ayaqlarda daima sızıldayıcı ağrıların olmasına səbəb olur.
Diz bölgəsi bağlarında baş verən patologiyalar ayaqların ağrımasına səbəb olan amillərdən sayılır. Diz bağının yaralanmaları da ayaq ağrılarına səbəb olur.
Osteoxondrit diz qapağı və qığırdaq toxumanın zədələnməsi ilə müşahidə edilir. Bu xəstəliyə topuq oynağında da rast gəlmək olur. Xəstəlik ağrılarla bərabər, şişkinliyə, gəzinti zamanı çətinliyə və ayaq boyu ağrılara səbəb olur. Ağrının mərkəzi diz oynağı olmasına baxmayaraq bütün ayaqda ağrı hissi olur.
Aşağıdakı infeksion xəstəliklər də ayaqlarda ağrılara səbəb ola bilir:
- spondillit
- bursit
- diskit
- herpes zoster
- artrit
- osteoartrit
- osteomielit
- tendon iltihabı.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sizin də ayaqlarınız ağrayırsa o zaman mütləq oxuyun!" haqqında müzakirə