Autoimmun hemolitik anemiya

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 5 217
  • 0 rəy

 Autoimmun hemolitik anemiya
Autoimmun hemolitik anemiya qazanılmış amenik xəstəlikdir.Xəstəliyin 2 variantı ayırd edilir:
1 simptomatik forma
Bu zaman anemiya hansısa bir xəstəliyin fonunda yaranır.Bu xəstəliklərə hemoblastoz,birləşdirici toxumanın sistem xəstəlikləri,xronik aktiv hepatit,şişlər,qeyri-spesifik yaralı kolit aiddir.
2 idiopatik forma
Bu zaman baş verən hər hansı bir xəstəliyi müəyyənləşdirmək mümkün olmur.Bu xəstəliklərə kəskin infeksiya xəstəlikləri,hamiləlik,doğum travmalarından sonra yaranan anemiyalar səbəb kimi deyil,kəskinləşməni provakasiya edən amillər kimi baxılmalıdır.
Autoimmun hemolitik anemiya zamanı xəstələrin qanında eritrositlərə qarşı antitellər yaranır.Daha sonra isə antitellərin dəyişilmiş eritrosit antigenləri ilə immunoloji reyaksiyadan hemoliz baş verir.Hemoliz hüceyrədaxili baş verir,bəzi hallarda damardaxilində də baş verə bilir.Bəzən hemoliz soyuğun təsirindən də vaş verə bilir ki,bu zaman xəstəni isti otağa keçirəndə hemiliz dayanır.Bu cür hemolizə istilik hemolizi deyilir və az hallarda rast gəlinir.
Xəstəliyin kliniki əlamətləri aşağıdakı proseslədən asılıdır:
- hemolizin inkişaf sürətindən
- hansı patogenetik mexanizmin üstünlük təşkil etməsindən
- orqanizmdə baş verən dəyişikliklərdən
- hemolizin baş verdiyi yerdən
- fon xəstəliklərindən
Xəstəlik özünü travma,infeksiya və s.- dən sonra hemolitik kriz keçirən xəstələrdə tempraturun yüksəlmsi,bel nahiysində ağrılar,titrətmə və ondan sonra sarılıq əlamətlərinin ortaya çıxması ilə göstərir.Xəstələrin soyuq havalarda özlərini pis hiss eləməsi xəstəliyin xarakterik əlamətlərindən biridir.Belə ki,soyuq havalarda xəstələrin qulaqları,burnunun ucu,ətrafların distal hissəsində göyərmələr baş verir.Xəstəlik aqressivləşdikcə xəstələrdə qara ciyər və dalaq böyüyür və kliniki əlamətlər daha da artır.Bu zaman xəstələri tempraturu yüksəlir,sarılıq əlamətləri daha qabarıq olur.
Autoimmun hemolitik anemiya xəstəliyinə diaqnozun qoyulmasında hemoliz simptomları və autoantitellərin birlikdə müəyyənləşdirilməsinin rolu böyükdür.
Müalicə hemolizi dayandırmaqdan,hormonal müalicədən və hemotoloji-seroloji nəzatərdən ibarətdir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Autoimmun hemolitik anemiya" haqqında müzakirə