Artritə səbəb olan infeksion xəstəliklər

  • Müəllif: redaktr
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 3 216
  • 0 rəy

 Artritə səbəb olan infeksion xəstəliklər
Artrit adətən oynağın konfiqurasiyasının dəyişməsi,şişməsi,bəzən dərini qızarması və isinməsi,pasivv hərəkətlərin məhdudlaşması və ağrı ilə özünü biruzə verən xəstəlikdir.
Artrit və artralgiya əksər hallarda infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır.Artralgiya infeksion xəstəliklərin kəskin intoksikasiya dövrü meydana çıxır.Məsələn,B virus hepatitinin başlanğıc əlaməti artralgiyadır.Bu zaman ağrılar səhər xəstəni narahat edir,onun yerişini pozur,bir qədər hərəkətdən sonra isə xeyli azalır.Xəstə sakit uzandıqda isə oynaqlarda,bəzən isə əzələ və sümüklərdə ağrılar baş verir.
Qızdırmalı xəstəliklərin də ilkin əlamətlərindən biri artralgiya olur.Qripp,taun,tüyaremiya və s. bir çox qızdırmalı xəstəliklər ağrı ilə başlayır.
Artrit əlamətləri də bəzi xəstəliklərin gedişinin ağırlaşması olaraq meydana çıxır. Bu xəstəliklərə aiddir
- brüsellyoz
- psevdovərəm
- yersinioz
- skarlatina
Artrit yuxarıda sadalanan xəstəliklərik infeksion allergik ağırlaşması hesab edilir.Bəzən isə artritin əmələ gəlməsinə infeksion xəstəliyin törədiciləri - stafilokokk,sterptokokk,pnevmokokk,salmonella və meninqokokk sepsislərinin əmələ gətirdikləri irinli ocaqlar səbəb olur.Qeyri-infeksion xəstəliklər də artritin əmələ gəlməsinə səbəb ola bilir. Bu xəstəliklərə revmatizm,sklerodermiya,qırmızıqurdeşənəyi xəstəlikləri aiddir.Psorias,sifilis,vərəm,qonoreya xəstəlikləri infeksion-allergik artritin əmələ gəlməsinə səbəb olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Artritə səbəb olan infeksion xəstəliklər" haqqında müzakirə