Ağ ciyərlərin alveolyar proteinozu

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 225
  • 0 rəy

 Ağ ciyərlərin alveolyar proteinozu
Ağ ciyərlərin alveolyar proteinozu qeyri müəyyən etiologiyalı xəstəlik olub,alveollarda zülal lipid maddənin toplanması ilə xarakterizə olunur.Xəstəliyə ən çox 30-50 yaşlarda olan kişilər arasında rast gəlinir.
Xəstəliyin əmələ gəlmə səbəbi tam müəyyənləşdirilməyib,amma bəzi faktorların rol oynaması qeyd edilir.Bunlara aiddir:
- virus infeksiyası
- mübadilənin genetik pozğunluğu
- peşə zərərləri
Çoxlu miqdar sulfanktat alveolyar makrofaqlar tərəfindən udulur və ağ ciyərlərdə degenerativ dəyişikliklər meydana çıxır.Bu zaman alveolitlərin hiperfunksiyası güclənir və makrofaqların funksiyası pozulur,onlarda özünəməxsus qapalı dairə əmələ gəlir.
Alveolların proteinozunda ağ ciyərlərdə aşağıdakı dəyişikliklər baş verir:
- ağ ciyərlərin bazal və arxa şöbəsinin zədələnməsi
- ağ ciyərlərin səthində buğda şəklində boz-ağımtıl qabarcıqların olması
- alveollarda və bronxiollarda çoxlu miqdar zülal-lipidlərin olması
- II tip alveolositlərin hiperplaziya və hipertrofiyası
Xəstəliyin əsas əlaməti tədricən artan təngnəfəslik və öskürəkdir.Öskürək bəlğəmsiz olur,əvvəllər fiziki yük zamanı,sonralar isə sakitlik zamanında meydana çıxır.Xəstələr əmək qabiliyyəinin azalmasından,ürəkdöyünmədən,döş qəfəsində ağrıdan şikayət edirlər.Xəstələr arıqlayır,günün əksər hissəsində təngnəfəs olurlar.
Ağ ciyərlərin alveolyar proteinozuna diaqnozun qoyulmasında rentgenoloji,laborator,EKQ,müayinələrinin nəticələri əsas götürülür.Xəstənin ağ ciyər toxumasından götürülən bioptatın nəticəsi diaqnozun təsdiqlənməsində böyük rol oynayır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağ ciyərlərin alveolyar proteinozu" haqqında müzakirə