XRONİKİ OBSRUKTİV BRONXİT

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 3 241
  • 0 rəy
XRONİKİ OBSRUKTİV BRONXİT.
Xroniki obstruktiv bronxit – bronxların digər orqan və sistemlərin zədələnməsi ilə bağlı olmayan bəlğəmli öskürək və təngnəfəsliklə özünü biruzə verən xəstəliyidir. Xəstəlik aşağıdakı formalarla özünü biruzə verir:
– diffuz
– qeyri-allergik iltihabı
Bu xəstəlik ağ ciyər ventilyasiyası və qaz mübadiləsinin obstruktiv tipli pozulmasına gətirib çıxardır. Beynəlxalq səhiyyə təşkilatının təyininə görə 2 il müddətində və hər ildə 3 ay bəlğəmli öskürəyi olan xəstələr xroniki obstruktiv bronxitli xəstələr siyahısına daxil olurlar. Bu xəstəlik ağ ciyər xəstələri arasında 80% ölümlə nəticələnir. Papiros çəkənləır arasında ölüm halları 3-4 dəfə çox baş verir. Xəstəliyin aşağıdakı dərəcələri var:
– yüngül dərəcə
– orta dərəcə
– ağır dərəcə
Ağırlaşmaları tənəffüs çatmamazlığı, xroniki ağ ciyər ürəyi, ağ ciyərlərin enfizeması və amilodiozdur.
Etiologiyası: Xəstəlik uzun müddət qıcıqlandırıcı maddələrlə (tütün tüstüsü, sənət, sənaye, məişət çirkləndiriciləri) nəfəs aldıqda baş verir. Bundan başqa ağ ciyəri zədələyən virusların törətdiyi xəstəliklərin ağırlaşmaları da obstruktiv bronxitlərin proqressivləşməsinə səbəb ola bilir. Xəstəliyin kəskinləşməsinə ağciyər tromboemboliyası, şəkərli diabet, nəzarətsiz oksigenoterapiya, psixo sedativ dərmanların uzun müddət qəbulu da səbəb ola bilir.
Xroniki obstruktiv bronxit zamanı xəstələr səhərlər bəlğəmli öskürəyin olmasından şikayət edirlər. Öskürək adətən isti otaqdan soyuq otağa keçəndə baş verir. Xəstələrdə arterial hipertenziya, qanhayxırma əmələ gəlir. Xəstə fiziki gərgiklik və gücləndirilmiş nəfəsvermə zamanı, nəfəsvermənin çətinləşməsindən şikayətlənir. Xəstəliyin kəskinləşmə dövründə subfebril qızdırma, yorğunluq, tərləmə, həmçinin öskürmə zamanı əzələlərin gərginləşməsi ilə əlaqədar əzələlərdə ağrılar olur.
DİAQNOZU: Xəstəliyin diaqnozu ağ ciyərlərə qulaq asdıqdan, rentgenoloji müayinələrə baxdıqdan sonra və xəstənin şikayətlərinə əsaslanaraq qoyulur.
MÜALİCƏSİ: Xəstəliyin müalicəsində antibiotiklərdən, vitaminlərdən, simptomatik müayinə metodlarındanistifadə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"XRONİKİ OBSRUKTİV BRONXİT" haqqında müzakirə