Pnevmoskleroz

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 5 195
  • 0 rəy

Pnevmoskleroz ağciyər toxumasının müxtəlif patoloji proseslər nəticəsində birləşdirici toxuma ilə tutulmasıdır. Birləşdirici toxumanın yayılma dərəcəsindən asılı olaraq ağciyərlərin fibrozu, sklerozu və sirrozu ayırd edilir. Pnevmafibrozda ağ ciyərlərdə çapıq dəyişikliklər mülayim ifadə olunur. Pnevmosklerozda ağciyərlərin birləşdirici toxuma ilə əvəz olunması bir qədər kobudlaşır. Sirrozda alviolların tam, bronx və damarların isə hissəvi olaraq birləşdirici toxuma ilə dezorqanizasiyası qeyd edilir. Pnevmoskleroz bir çox xəstəliklərin simptomu və nəticəsi hesab edilir.
Xəstəliyin əmələ gəlməsinə səbəb olanlar:
1. Tam sorulmamış kəskin pnevmoniya, xroniki pnevmoniya, bronxhektaziya xəstəliyi.
2. Peribronxitlə müşayət olunan və peribronxial sklerozun inkişafına gətirib çıxaran xroniki bronxit.
3. Müxtəlif genizli pnevmokoniozlar.
4. Bir sıra ürək xəstəliklərində və ən çox mitral qapaq qüsurlarında ağciyərələrdə baş verən durğunluq.
5. Ağ ciyərlərin ateleltazı.
6. Ağır keçən eksudativ plevritlər.
7. Döş qəfəsini və ağ ciyərlərin zədələnmələri.
8. Birləşdirici toxumanın sistem xəstəlikləri.
9. İonlaşdırıcı radiasiyanın təsiri.                                                                                                             10. Ağ ciyərlərin hərbi zəhərləndirici madələrlə zəhərlənməsi.
Xəstəlik özünü pnevmoniya əlamətləri, fiziki gərginlik, tənginəfəslik, irinli bəlğəm ifrazı, öskürək və sianozla biruzə verir.
Xəstəliyə diaqnozun qoyulmasında rentgroloji müayinənin rolu böyükdür.
Pnevmosklerozu müalicə etmək üçün ən əvvəlcə onu əmələ gətirən səbəbi aradan qaldırmaq lazımdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Pnevmoskleroz" haqqında müzakirə