Kəskin pnevmoniya
Pnevmoniya - ağciyərlərin müxtəlif dərəcəli tənəffüs çatışmazlığı, yerli bronx-ağciyər sindromu, həmçinin onların rentgenoloji şəklinin infiltrativ, ocaqlı, yaxud seqmentar dəyişilikləri ilə müşayiət olunan kəskin infeksion xəstəlikdir.
SƏBƏBLƏRİ:
Pnevmoniya xəstəliyində əsas rolu pnevmokokklar, yaşılımtıl və hemolitk streptokokklar, eləcə də qram-mənfi flora-klebsiella və s. oynayır. Xəstəlik kəskin başlanır. Temperatur 38-39 dərəcəyə qədər yüksəlir. Xəstələrdə yuxunun pozulması, başağrıları, narahatlıq, tormozlanma, meningeal əlamətlər olur. Həkim müayinə etdikdə auskultasiyada tənəffüsün zəifləməsi, quru və xırda qabarcıqlı yaş xırıltılar eşidilir.
DİAQNOSTİKASI:
Diaqnostikada rengenoloji metoddan istifadə olunur. Rentgenoloji şəklə əsasən müvafiq diaqnoz qoyulur.
MÜALİCƏSİ:
Bu xəstəlik zamanı toksikoz, tənəffüs çatışmazlığı, ağırlaşma olmadıqda evdə müalicə etmək olar. Müalicə əsasən yerli antibakterial terapiya təşkil edir. Simptomatik müalicə də əsas rol oynayır. Xəstəliyin dinamikası yaxşı olduqda temperatur normallaşdıqdan 2-3 gün sonra antibiotikləri kəsmək olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kəskin pnevmoniya" haqqında müzakirə