Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi? Mütləq oxuyun!

  • Müəllif: elnare
  • Tarix: 7 mart 2017
  • Baxış sayı: 2 856
  • 0 rəy

Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi? Mütləq oxuyun!
Mayonezin əsas tərkib hisssəsi yumurtadan ibarətdir.Mayonezin yumurtadan hazırlanması insanlarda onun sağlamlığa zərərli olmaması düşüncəsini yaradır.Amma,mayonezin tez xarab olmaması üçün onun tərkibinə qatılan qatı maddələri,onun ömrünü uzatsa da orqanizmə çox zərər verir.Bunu hamının bilməsinə baxmayaraq bütün dünya ölkələrində olmaqla bizim ölkəmizdə də müxtəlif növ mayonezlərdən istifadə edilir.Hətta elə insanların əksəriyyəti gündəlik qidasında mayonezdən istifadə edir.Mayonez salatları dadlandırsa da onun orqanizmə aşağıdakı zərərləri olduğu öz təsdiqini tapıb.Bu zərərlər aşağıdakılardır:
* Mayonezi tez-tez qəbul edən uşaqların bilik səviyysi aşağı düşür.
* Mayonezdən hər gün istifadə etmək xərçəngə yaxalanma riskini artırır.
* Mayonezin hazırlanmasında qarğıdalı nişastasından istifadə edilir.Sənayedə istifadə edilən qarğıdalı nişastası isə geni dəyişilmiş qidalardan hesab edilir.
* Mayonezin tərkibində yağ olduğu üçün ondan hər gün istifadə etmək qanda xolesterolun miqdarını artırır.
* Mayonez arterial təzyiqi artırmaq qabiliyyətinə maikdir.
İstifadə edilən bütün mayonezlərin tərkibində qatqı maddəsi olduğundan övladlarınızın gələcəyi üçün çox təhlükəli sayılır.Bu təhlükənin baş verməməsi üçün isə özünüz ev şəraitində mayonez hazırlayın.Bunun üçün aşağıdakı reseptdən istifadə edib mayonez hazırlaya bilərsiniz:
Tərkibi
2 xörək qaşığı limon suyu
2 ədəd yumurta
3 xörək qaşığı duru yağ
2 çay qaşığı duz
2 xörək qaşığı sirkə
Hazırlanması
Yumurta dərin qabın içərisində sürətlə mikserlə çalınır.Sonra üzərinə 1 qaşıq duru yağ əlvə edilir.1-2 dəqiqə çalındıqqdan sonra yağ yumurtaya tamam qarışır,sonra yenə bir qaşıq yağ əlavə edilir.Bu vasitə ilə 3 qaşıq yağ yumurtada həll edilir.Daha sonra sirkə əlavə edilib qarışdırılır,duz və lmon suyu əlavə edilir.Ev şəraitində hazırlanmış mayonezi soyuducuda 1 həftə müddətində saxlamaq mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Mayonezin uşaqlarınıza təhlükə yaradacağını bilirsinizmi? Mütləq oxuyun!" haqqında müzakirə