Maqqi dietasına əməl eləsəniz 4 həftədə 10-28 kq arıqlaya bilərsiniz.

  • Müəllif: elnare
  • Tarix: 29 iyun 2017
  • Baxış sayı: 6 866
  • 0 rəy

Maqqi dietasına əməl eləsəniz 4 həftədə 10-28 kq arıqlaya bilərsiniz.

Bu zülal dietasının müddəti 4 həftədir. Dietaya əməl edənlər 4 həftə ərzində ən azı 10, ən çox isə 28 kq arlqıamağa nail olublar. Dietanı saxlayarkən ac qalmaq və ya ət yeməklərindən uzaq durmaq lazım deyil. Maqqi dietasının menyusunda yetərincə ət, meyvələr, tərəvəz və yumurta var.
Dieta saxlanılan müddətdə yağlı qidalardan, ət bulyonundan, şirniyyatlardan və mayonezdən uzaq durmaq lazımdır. Dieta saxlayan zaman spirtli içkilərdən də istifadə etməyə icazə verilmir. Çünki spirt orqanizm üçün çox zərərlidir və dietanın effektini azaldır. Dietada olan müddətdə pivə və şərab içməyə də icazə verilmir, siqaretin də çəkilməməsi dietanın faydasını artırır. Bu zaman dieta müddətində qan dövranı yaxşılaşır və orqanizmdə faydalı kimyəvi proseslər baş verir. Maqqi dietası orqanimin vaxtından əvvəl qocalmasının qarşısını alır və xəstəliklərin sağalmasını sürətləndirir.

Birinci həftənin dietası

Hər gün səhər yarım portağal və ya qreypfurt və 2 suda bişmiş yumurta 
  1. 1. Bazar ertəsi günorta meyvə yeyilir( portağal, alma, armud, ərik, yemiş və s.). Bu zaman bir növ meyvədən istənilən qədər yeyilir.
  2. Axşam yeməyinə yağsız ət yeylir. Ət qızardılmış haıda yeyilməlidir.
  3. 2. Çərşəmbə axşamı günorta yeməyi zamanı yağsız və qızırdılmış toyuq əti yeyilir, axşam yeməyinə isə iki suda bişmiş yumurta, tərəvəz salatı və bir portağal qəbul edilir.
  4. 3. Çərçəmbə günü günorta yeməyinə istədiyiniz qədər yağsız pendir və qırmızı pomidor yeyilir.
  5. Axşam yeməyi zamanı isə suda bişmiş və ya qızardılmış ət yeyilir. Dieta saxlanılan zaman qoyun ətindən istifadə etmək olmaz.
  6. 4. Cümə axşamı günorta yeməyinə bir növ meyvədən istəniln qədər yeyilir, axşam yeməyi zamanı isə üyüdülmüş və qızardılmış ət və təzə tərəvəzlər qəbul edilir.
  7. 5. Cümə günü günorta yeməyinə suda bişmiş 2 yumurta, lobya, yerkökü və yaşıl noxud, axşam yeməyinə isə buğda bişmiş balıq, tərəvəz salatı və 1 ədəd qreypfurt.
  8. 6. Şənbə günü günorta yeməyinə bir növ meyvədən istənilən qədər, axşam yeməyinə isə qızardılmış ət və tərəvəz salatı yeyilir.
  9. 7. Bazar günü günorta yeməyinə dərisi soyulmuş və qızardılmış toyuq əti, axşam yeməyinə tərəvəzlər qəbul edilir.
  10. İkinci həftənin dietası

  11. Yenə hər səhər yeməyində yarım ədəd portağal və ya qreupfurtla 2 suda bişmiş yumurta yeyilir.
  12. 1. Bazar günü günorta yeməyi zamanı qızardılmış yağsız ət, tərəvəz salatı, axşam yeməyinə isə 2 suda bişmiş yumurta, tərəvəz salatı, portağal qəbul edilir.
  13. 2. Günorta buğda bişmiş ət və tərəvəz salatı, axşam yeməyinə suda bişmiş 2 yumurta, portağal və ya qreypfurt yeyilir.
  14. 3. Günorta yeməyinə suda bişmiş ət və xiyar, axşam yeməyinə suda bişmiş 2 yumurta və 1 qreypfurt yeyilir.
  15. 4. Günorta yeməyinə suda bişmiş 2 yumurta, yağsız ağ pendir, bişmiş tərəvəzlər, axşam yeməyinə suda bişmiş 2 yumurta yeyilir.
  16. 5. Günorta yeməyinə buğda bişmiş balıq, axşama suda bişmiş 2 ədəd yumurta yeyilir.
  17. 6. Şəmbə günü günortaya qızarılmış ət, tomat, portağal, axşam yeməyinə meyvə qarışımlarından hazırlanan salat yeyilir.
  18. 7. Bazar günü günorta yeməyinə dərisiz və suda bişmiş ət, təzə tomat, bişmiş meyvə, 1 ədəd portağal və ya qreypfurt, axşam yeməyinə toyuq əti, pomidor və qreypfurt yeyilir.

  19. Üçüncü həftənin dietası  

  20. 1. Bazar ertəsi gün boyu istənilən qədər meyvə yeyilir. Üzüm, manqo, xurma, banan və əncir yemək olmaz.
  21. 2. Çərşəmbə axşamı bütün gün boyu bişmiş meyvələr və tərəvəz salatları yeyilir. Tərəvəzləri siyahısına kartof əlavə etmək olmaz.
  22. 3. Çərşəmbə günü gün boyu meyvə və tərəzələr bişmiş və ya çiy halda yeyilir.
  23. 4. Cümə axşamı gün ərzində buğda bişmiş balıq və kələm salatları yeyilir.
  24. 5. Cümə günü qızardılmış yağsız ət, bişmiş və çiy tərəvəzlər yeyilir.
  25. 6. Şənbə günü gün əzində 1 növ meyvədən istənilən qədər yeyilir.
  26. 7. Bazar günü günorta buğda bişmiş balıq, axşama isə tərəvəz salatı qəbul edilir.

Dördüncü həftənin dietası 

1. Bazar günü günorta dərisiz və suda bişən toyuq əti, tuna balığı, axşama isə 4 xiyar və 3 pomidor, axşama bir ədəd portağal və ya qreypfurt yeyilir.
2. Çərşəmbə axşamı günorta yeməyinə suda bişmiş ət, axşama isə 3 pomidor və 4 xiyar yeyilir.
3. Günorta yeməyinə 1 xörək qaşığı kəsmik, yağsız pendir, axşama isə 4 xiyar və 3 pomidor yeyilir.
4. Günorta yeməyinə dərisiz suda bişmiş ət və pomidor-xiyar, axşama 12 nazik dilim çörək, portağal və ya qreypfurt yeyilir.
5. Cümə günü günorta yeməyinə 2 ədəd suda bşmiş yumurta və göyərti salatı, axşama 1 ədəd portağal və ya qreypfurt yeyilir.
6. Şənbə günü günorta yeməyinə toyuğun döş əti, 1 qaşıq kəsmik və ya brınza pendiri, axşam yeməyinə 1 nazik dilim çörək, 2 xiyar və 2 pomidor yeyilir.
7. Bazar günü günorta yeməinə 1 qaşıq kəsmik, tuna balığı, axşam yeməyinə isə 2 xiyar, 2 pomidor, 1 nazik dilim çörək və 1 ədəd portağal yeyilir.
Menyuda qeyd edilən toyuq ətinin bir dəfəlik miqdarı 200 qram, yağsız ətin miqdarı 200 qram olmalı və ət qoyun əti olmamalıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Maqqi dietasına əməl eləsəniz 4 həftədə 10-28 kq arıqlaya bilərsiniz." haqqında müzakirə