Darçının zərərləri haqqıda bilirsinizmi?

  • Müəllif: redaktr
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 26 664
  • 0 rəy

Darçının zərərləri haqqıda bilirsinizmi?
Əksər yeməklərdə,xüsusən də qış aylarında darçından çox istifadə edilir.Darçının orqanizmə faydaları haqqında çox yazılıb.Bəs onun zərərləri barədə məlumatınız varmı?Bu haqda nələri bilirsiniz?
* Gün ərzində normadan artıq darçın qəbul etmək qanda şəkərin miqdarının aşağı düşməsinə səbəb olur.
* Darçından çox istifadə etmək qəbizliyə səbəb ola bilir.
* Yüksək arterial təzyiqi olan və təzyiq dərmanı qəbul edənlər qəbul etdikləri darçının miqdarına diqqət yetirməlidirlər.Çünki,darçın dərmanın təsirini sürətləndirərək təzyiqin daha da aşağı düşməsinə səbəb ola bilər.
* Qidaların tərkibində çox miqdar darçın qəbul eləmək allergiyaya səbəb ola bilir.
* Darçın qara ciyərə təsir edir. Buna görə də qara ciyər xəstələrinin çox darçın dəbul edərkən həkimə müraciət etməyi məsləhət görülür.
* Sintetik yolla əldə edilə darçından isstifadə etmək orqanizmə zərədir.
* Darçını qanda şəkərin miqdarını aşağı salması əməliyyat olunacaq xəstələrin analizlərinin nəticələrinə təsir edə bilər. Bu səbəbdən də əməliyyat olunacaq xəstələrə əməliyyatdan 15 gün əvvəl darçın qəbulunu dayandırmaq məsləhət görülür.
Normal şərtlərdə,normal ölçüdə istifadə edilən darçının orqanizmə heç bir mənfi təsiri yoxdur.Buna görə də orqanizmə zərər verməmək üçün hər bir qida kimi qarçını da lazım olduğundan artıq miqdarda qəbul etmək məsləhət görülmür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Darçının zərərləri haqqıda bilirsinizmi?" haqqında müzakirə