Tez bişən supların orqanizmə zərərləri

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 1 883
  • 0 rəy

Tez bişən supların orqanizmə zərərləri
Bu cür suplar qısa müddət ərzində bişir və çox dadlı olur. Mətbəxtdə az vaxt keçirmək istəyən insanlar, tələbələr bu cür qidalardan istifadə etməklə öz vaxtlarına qənaət etmiş olurlar. Amma onun orqanizmə verdiyi zərərlər barədə düşünmək heç kimin ağlına gəlmir. Halbuki mütəxəssislər onun orqanizmə aşağıdakı zərərlərinin olmasını təsdiqləyirlər:
* Tez bişən supların tərkibində zülallar normadan artıq olduğuna görə zülal mübadiləsinə birbaşa təsir edir.
*Tərkibinə qatılan ədviyyatlar çox olduğuna görə bu suplar mədənin selikli qişasını qıcıqlandırır və uzun müddət qəbul edildikdə qastritin əmələ gəlməsinə səbəb olur.
* Suplara qatılan qatqı maddələri qanda insulinin artmasını tələb edir və mədəaltı vəzin funksiyasının pozulmasına səbəb olur.
* Tez bişən supların hazırlanmasında palma yağından istifadə edilir ki, bu da ağır yağ hesab edilir və gec həzmə gedir. Palma yağı trans yağlardan hesab edilir. Bu yağların tərkibindəki yağ turşuları ürək-damar sistemi üçün təhlükəli sayılır.
* Bu supların vermeşili palma yağında qovrulur və xarab olmaması üçün onlara müxtəlif qatqılar əlavə edilir ki, bu da insan orqanizminə çox zərərlidir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Tez bişən supların orqanizmə zərərləri" haqqında müzakirə