Xroniki ezofaqit

  • Müəllif: redaktr
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 3 228
  • 0 rəy

Xroniki ezofaqit
Xroniki ezofaqit qida borusunun 6 aydan çox davam edən iltihabi xəstəliyidir.Qida borusunun 3 aya qədər davam edən iltihabı kəskin ezofaqit,3-6 ay müddətində davam edən iltihabı isə yarımkəskin ezofaqit hesab edilir.Xəstəliyin əmələ gəlmə səbəbləri aşağıdakı növ qidalar hesab edilir.
- çox isti
- çox soyuq
- kəskin
- kobud
- alkoqol
Bu qidalardan tez-tez və kortəbii istifadə edilməsi xəstəliyi baş vermə səbəbləri kimi qəbul edilsə də, ezofaqitlər bəzi növlərə ayrılır.
Peşə ezofaqitləri
Qida borusunun selikli qişasına zərərli istehsal faktorlarının(qatı turşu,qələvi buxarları,ağır metal duzları və s.)təsiri nəticəsində inkişaf edir.
Durğunluq ezofaqitləri
Qida borusunda qidanın daima və uzunmüddətli durğunluğu və parçalanması ilə xarakterizə olunur.Bu divertikullarda,qida borusunun xoşxassəli və bədxassəli şişlərində,kardiyanın axalaziyasında müşahidə edilir.
Allergik ezofaqitlər
Orqanizmin rektivliyinin,xüsusən uşaqlarda dəyişməsi ilə şərtlənir.Qida allergiyaları,bronxial astmada,kardianın axalaziyası zamanı,qida borusunun divertikulitlərində əmələ gəlir.
Peptik və ya pelyuks ezofaqiti
Qida borusuna daima mədə və onikibarmaq möhtəviyyatının qayıtması nəticəsində əmələ gəlir.
Dismetobolik ezofaqitlər
Polihipovitaminozlarda,orqanizmdə dəmir çatışmazlığında,istənilən toxuma hipoksiyalarında,qida borusunun dərin,geniş yanıqlarında baş verir.
Xəstəlik tədricən başlayır və aşağıdakı əlamətlərlə özünü göstərir:
- bərk qida qəbulunda artan disfaqiya
- disfaqiya zamanı döş sümüyündə ağrılar
- qusma
- qidanın ağıza qayıtması
Xəstəliyin gedişi kəskin olur.Belə ki,ezofaqit başladığından 3-7 ay sonra qida borusunun tam keçməməzliyi baş verir.
Xəstəliyə diaqnoz qoymaq üçün qida borusunun rentgenoqrafiyasının nəticələri əsas götürülür.
Müalicə simptomlara əsaslanaraq aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Xroniki ezofaqit" haqqında müzakirə