Qida borusu və mədə xəstəlikləri zamanı müayinələr

  • Müəllif: redaktr
  • Tarix: 18 fevral 2017
  • Baxış sayı: 2 715
  • 0 rəy
Qida borusu və mədə xəstəlikləri zamanı müayinələr
1 Ezofaqoqastroduodenoskopiya
Bu müayinəni etməzdən əvvəl mütləq EKQ-nin nəticələrinə baxmaq lazımdır.
2 Qida borusu və mədənin rentgenoqrafiyası
Qastroezofageal reflyuksu aşkar etmək üçün xəstəyə vertikal vəziyyətdə kontrast maddəni içməyi təklif edirlər və barium sulfat mədəyə çəkdikdən sonra onu horizontal vəziyyətdə uzandırırlar.Bir qayda olaraq reflyuks ezofaqit əlamətləri,qida borusunun müntəzəm genəlməsi,onun selikli qişasının yenidən qurulması,konturlarının qeyri-hamarlılığı,peristaltikanın zəifləməsi qeyd edilir.
3 Ezofaqomamometriya
Bu müayinə vasitəsilə qida borusunun təzyiqi ölçülür.Proses xüsusi balonlu zondun köməyi ilə həyata keçirilir.
4 Komputer ilə 24 saatlıq interaezofageal pH monitorinqi
Bu metod ən həssas və spesifik test hesab olunur.Bu müayinəni qida borusu müayinəsinin"qızıl standartı" hesab edirlər.Müayinə nəticəsində pH-ın qida borusunda səviyyəsi və qida borusuna düşən zaman hansı ölçüdə olması hesablanır.Bu metodika təkcə qastroezofageal reflyuksu qeyd etməyə deyil,həmçinin mədə-qida borusu atımının tezliyini,müddətini və dinamikasını qiymətləndirməyə imkan verir.
5 Metilen abısı tətbiq etməklə mədə zondlaması
Bu müayinə zamanı nazik zond vasitəsilə xəstənin mədəsinə metilen abısı məhlulu yeridilir,(300 ml qaynamış suya 3 damcı 2%-li metilen abısı qatılır)sonra zondla xəstənin mədəsini natrium izotonik məhlulu ilə yuyurlar,məhlulu kardiadan bir qədər yuxarı çəkirlər və şprislə qida borusunun möhtəviyyatını sorurlar.Qida borusunun möhtəviyyatı göy rəngə boyandıqda sınaq müsbət hesab olunur.
6 Standart turşu reflyuksu testi
Bu zaman xəstənin mədəsinə 300ml M-xlorid turşusu yeridilir və qida borusunun aşağı sfinkterindən 5 sm yuxarıda yerləşən pH zondunun köməyi ilə qarındaxili təzyiqi artıran manevrlərdən (dərin nəfəsalma,öskürək,gücənmə)sonra qida borusunun pH səviyyəsi qeyd edilir.Bu manevrlər 4 halda yerinə yetirilir.Xəstənin arxasıüstə uzanmış,sol və sağ böyrü üstə uzanmış başı aşağı salmaqla uzanmış vəziyyətdə.Əgər ən azı 3 vəziyyətdə pH-ın miqdarı aşağı düşürsə sınaq müsbət hesab edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Qida borusu və mədə xəstəlikləri zamanı müayinələr" haqqında müzakirə