Ezofaqospazm
Qida borusunun spastik diskneziyası
Ezofaqospazm qida borusunun peristaltikasınınpozulması və qida borusunun spastik yığılması səbəbindən əmələ gələn xəstəlikdir.Ezofaqospazmdisfaqiyanın əmələ gəlməsinin əsas səbəbi hesab edilir.Xəstəliyə qida borusu xəstəlikləriiçərisində tez-tez rast gəlmək olur.
Xəstəlik birincili və ikincili olur.Birinciliezofaqospazm aşağıdakı zamanlarda baş verir:
- psixoemosional stresslər zamanı
- uzunmüddətli həyəcanlanmalar zamanı
- gərginlik anlarında
İkincili ezofaqospazm isə müxtəlif xəstəliklərdənəmələ gəlir:
- qida borusunun reflektor sıxılmaları zamanı
- qida borusu divarının reflektor qıcıqlanmalarızamanı(mədə yaraları,ezofaqit,mədə və qida borusunun xərçəng xəstəliyində).Qeydeləmək lazımdır ki,qida borusunda spazmlar tam sağlam adamlarda da baş verə bilir.
Ezofaqospazm ən çox qida qəbulu zamanı meydana gəlir.İriçörək tikəsi,ət,çox qaynar,çox şirin,quru qidaları ağızda tələsik çeynəyibudduqda sağlam adamlarda ezofaqospazm əmələ gələ bilir.Amma bu təsadüfihallarda baş verir.Belə ki,yuxarıda adları sadalanan qidalar qida borusunadaxil olduqda qida borusunun əzələlərarası sinirlərində qıcıqlanma əmələ gəlirvə ezofaqospazm baş verir.
Xəstəliyin 3 dərəcəsi ayırd edilir:
1 Yüngül forma
2 Orta ağır forma
3 Ağır forma
Xəstəliyin əsas əlaməti qidanı udan zamanı qidaborusunda əmələ gələn spazmın olmasıdır.Bu zaman xəstədə boğulma, çeçəmə başverir və xəstə qida borusundakı qidanı çıxarmağa çalışır.Qida ağızda tüpürcəkqarışıq çıxdıqdan sonra xəstə rahatlaşır.Hadisə qısa müddət ərzində başverir.Bu hadisə adətən qida qəbulu zamanı həyəcanlıqda və ya əsəb-sinir gərginliyibaş verdikdə əmələ gəlir.Normal halda sağlam adamlarda həyəcanlanma zamanı ayda1-3 dəfə ezofaqospazm meydana çıxa bilər.Amma əlamətin tez-tez və bilinməyən səbəbdənbaş verməsi müəyyən xəstəliklərin olması şübhəsini yaradır.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Əgər qida borusunda spazmın əmələ gəlməsinə digərxəstəliklər səbəb olursa
müalicə zamanı spazolitiklərdən istifadə etməkləyanaşı digər xəstəlikləri də müalicə etmək lazımdır.Xəstəyə sakitləşdiricilərləyanaşı,az-az tez-tez yemək və sərt qidalardan istifadə etməmək tövsiyə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ezofaqospazm" haqqında müzakirə