Kardiyanın axalaziyası
Kardiyanın axalaziyası qida borusunun kardial hissəsinin udma zamanı reflektor açılmaması ilə xarakterizə olunan və qida borusunun döş hissəsinin peristaltikasının pozulması ilə müşayət olunanan xəstəliyidir.Bu xəstəlik zamanı qidanın mədəyə eakulyasiyası pozulur.
Xəstəliyə ən çox 20-50 yaşlı adamlar arasında rast gəlinir,qadınlarda kişilərə nisbətən daha çox baş verir.Xəstəliyin psixoemosional stresslərdən və çox soyuq yeməklərin qəbulundan istifadə edilməsi zamanı meydana gəldiyi ehtimalı düşünülür.
Kardiyanın axalaziyasının ilkin mərhələsində qida borusu və mədənin yoxlanması zamanı heç bir üzvi dəyişikliyə rast gəlinmir.Xəstəliyin əmələ gəlməsinin əsasında azot oksidi defisiti durur.Belə ki,azot oksidinin defisiti qida borusunun aşağı sfikterinin boşalma qabiliyyətinin itməsinə səbəb olur.Xəstəlik proqressivləşdikcə qida borusunun əzələ liflərində dəyişiklik müşahidə edilir. Elektron mikroskop vasitəsilə baxdıqda azan sinirin şaxələrində degenerativ dəyişikliklər aşkar edilir.
Kardiyanın axalaziyasının IV mərhələsi ayırd edilir:
I mərhələ
Qidanın qida borusunun kardial hissəsindən keçməsinin udqunma zamanı qida borusu aşağı sfinkterinin boşalmasının kəsilməsi və onun tonusunun bir qədər artması hesabına müvəqqəti olaraq pozulmasıdır.Bu zaman qida borusu genişləndiyi üçün qidanın ləngiməsi qısamüddətli olur.
II mərhələ
Qidanın ləngiməsi uzunmüddətli olur və bu,qida borusunun dilatasiyasına gətirib çıxarır.
III mərhələ
Bu zaman qida borusunun stabil genişlənməsi və onun aşağı hissədə çapıqlar hesabına daralması baş verir.
IV mərhələ
Bu zaman kardianın axalaziyası kəskin genişlənir.
Xəstəlik özünü aşağıdakı əlamətlərlə göstərir:
1 Disfaqiya - xəstəliyin birinci simptomudur.Xəstə yeməyini tələsik yedikdə,həyəcanlandıqda,qidanı kifayət qədər çeynəmədikdə hıçqırmağa başlayır.
2 Epiqastral və döş sümüyü arxasında dolma hissi
Bu hiss xəstələri məcbur edir ki,nəfəslərinin saxlasınlar.
3 Qidanın qida borusundan ağıza qayıtması
Kardiyanın axalaziyasının bu simptomu qida borusu genişləndikdə və qida boruda qalan zaman baş verir.Bu zaman xəstə başını aşağı əyərək məcburi vəziyyət alır.
4 Döş sümüyü arxasında ağrı
Bu ağrı qida borusunun dartılması və qida borusunun udqunmadan kənar hərəkəti ilə bağlıdır.
5 Durğunluq ezofagiti
Bu xəstəlik proqressivləşdikcə inkişaf edir və xəstədə ürəkbulanma,çürüntülü,havalı,qidalı gəyirmə selikayrılma,ağızdan pis quxu gəlməsi ilə təzahür edir.
Xəstəliyə diaqnozun qoyulmasında fibroezofaqoskopiyanın nəticəsi və histoloji müayinə əsas götürülür.
Müalicə tez-tez,az-az yeməkdən,piyada gəzintidən,spazmolitiklərdən ibarət olur.Bəzən cərrahi müdaxilə lazım gəlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kardiyanın axalaziyası" haqqında müzakirə