Ezofagial simptomlar
1. Qıcqırma.
Qıcqırma əsas simptom hesab olunur. Bu döş sümüyü arxasında xərçəngəbənzər çıxıntıdan yuxarıya doğru yayılan, kəskin ifadə olunan yanğı hissi kimi qəbul olunur. Qıcqırma çox vaxt qida borusuna anasid mədə möhtəviyyatı atıldıqda olur. Qıcqırma adətən müəyyən məhsulların qəbulu, həddən çox yemək, fiziki yük, horizontal vəziyyət və bədənin önə əyilməsi zamanı baş verir.
2. Gəyirmə.
Gəyirmə mədə möhtəviyyatının qida borusunun aşağı sfinkterindən qida borusuna və sonralar ağız boşluğuna düşməsi ilə əlaqədardır. Bu adətən ağızda aclıq və ya turş dad ilə müşayət olunur. Qıcqırma kimi gəyirmə də xəstənin uzanmış və ya önə doğru əyilmiş vəziyyətində meydana çıxır.
3. Disfaqiya.
Disfaqiya qidanın udulması zamanı çətinlik hissidir. Bu ən çox qida borusunun diskineziyası, bəzi hallarda qida borusu selikli qişasının quruluğu ilə şərtlənir.
4. Ağızda həddindən artq salivasiya hissi.
Simptom adətən qıcqırma ilə eyni vaxtda baş verir.
5. Döş sümüyü arxasında düyün hissi.
Bəzi xəstələrdə döş sümüyü arxasında düyün hissinin olması çox ağır təzahür hesab olunur. Bu əlamət ən çox ezofageal reflyuks xəstəliyi zamanı baş verir.
6. Odinofaqiya.
Bu qidanın qida borusu ilə çəkdiyi zaman ağrı hissinin olmasıdır.Bir qayda olaraq bu simptom qida borusu selikli qişasının kəskin ifadə olunmuş iltihabi zədələnməsi zamanı müşahidə edilir. Bu simptom da disfaqiya kimi qida borusunun xərçəngi ilə differensial diaqnostika tələb edir.
7. Epiqastrium və qida borusunda ağrı.
Bu əlamət qida borusunun reflyuks xəstələrində daha çox rast gəlinir. Əlamət qida qəbulu ilə bağlı olmaya bilir və dəqiq differensial diaqnostika tələb edir (xüsusən də yaşlı şəxslərdə).
8.Hıçqırma.
Hıçqırma çox vaxt xəstəliyin kəskin ifadə olunmuş əlaməti hesab olunur. Bu diafraqma sinirinin oyanması, diafraqmanın qıcıqlanması zamanı baş verir.
9.Qusma.
Qusma adətən mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı baş verir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ezofagial simptomlar" haqqında müzakirə