Aerofagiya
Aerofagiya mədənin hava udma ilə xarakterizə olunan funksional pozğunluğudur. Normada udqunmaqdan kənar qida borusunun yuxarı sfinktoru bağlı olur və qida qəbulunda (və ya udqunma zamanı) bu açılır və əlavə olaraq biz 2-3 sm hava uduruq ki, bu da mədədə qaz qabarcığı kimi toplanaraq bağırsaqlardan sorulur. Sağlam şəxslərdə qaz mədədə və yoğun bağırsaqda olur. Bu qazların 70%-i udulmuş hava, digəri isə bakteriyalarla və həzm şirələrinin karbonatlarla neytrallaşmadan törənir. Aerofagiyada bu hava çoxalır. Belə ki, hava həm qida qəbulu, həm də qida qəbulundan kənar udulur.
Aerofagiyanın baş verməsinin səbəbləri bunlardır:
- psixogen faktorlar
- tənəfüs yolları xəstəlikləri
- tələsik qida qəbulu
- hipersalivasiya
- epiqatrumda təzyiq hissi
- üzvi və funksional xəstəliklər
- kardiyanın funksiyasını pozan xəstəlik və əməliyyatlar
Aerofagiya xəstələrdə aşağıdakı əlamətləri verir:
- yüksək səsli gəyirmə
- gəyirmədən sonra keçən ürəkdöyünmə
- hava çatışmazlığı
- tez-tez hıçqırma
- qarının yuxarı hissəsində köpmə
- sol qabırğaaltı hissədə yüksək timpanit.
Diaqnoz zamanı rentgenoloji müayinədə diafraqmanın yüksək duruşu, mədədə iri qaz qabarcığı, köndələn bağırsağın sol əyrilməsində çoxlu miqdar qaz aşkar edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Aerofagiya" haqqında müzakirə