Sidiyin fiziki xassələri
Sidiyin miqdarı
Gündəlik sidiyin miqdarı (gündəlik diurez) yaşlı şəxslərdə adətən 800 ml ilə 1500 ml arasında dəyişir.Gündəlik xaric olunan sidiyin miqdarının 500 ml-dən aşağı və 2000ml çox olması patoloji hal kimi qiymətləndirilir.
Sidiyin rəngi
Normal halda sidiyin rəngi onda həll olunmuş maddələrin miqdarından asılı olaraq saman sarısı,yaxud kəhraba sarısı rəngində olur.Bu rəngi sidiyə normal halda onda həll olmuş uroxromlar,urobilinoidlər,uroertinlər verirlər.Qəbul edilən bəzi qida maddələri də sidiyin rəngini dəyişə bilir.Bəzi dərman maddələrinin də qəbulu sidiyin rənginin dəyişməsinə səbəb ola bilir.Öd piqmentlərinin də sidiyə qarışması sidiyin rənginin dəyişməsinə səbəb ola bilir.Bəzi xəstəliklər zamanı sidikdə irin və ya bakteriyanın olması sidiyin rənginin dəyişməsinə səbəb ola bilir.
Sidiyin iyi
Adətən sidiyin zəif spesifik iyi olur.Bir-neçə saatdan çox saxlanıldıqda,yaxud sidik yollarında durğunluq olduqda sidiyin tərkibində olan sidik cövhəri bakteriyaların təsirindən ammonyaka çevrilir və sidik ammonyak iyi verir.Sidikdə keton cisimcikləri olduqda (məsələn şəkərli diabet xəstəliyi zamanı)sidik çürümüş alma iyi verir.
Sidiyin xüsusi çəkisi
Sidiyin xüsusi çəkisi (nisbi sıxlığı) onda həll olmuş üzvi və qeyri-üzvi maddələrin miqdarından asılıdır.Norma 1,001 ilə1,040 arasında dəyişir.Sidiyin xüsusi çəkisini ölçən cihaz urometr adlanır.Xüsusi çəkini ölçmək üçün sidik slindrə tökülür və içərisinə urometr salınır.sidiyin miqdarı az olduqda iki dəfə distillə olunmuş su ilə durulaşdırılır və aılan rəqəmin son iki kəmiyyəti ikiyə vurulur.
Sidiyin xüsusi çəkisi gün ərzində müxtəlif cür ola bilir.Bu da sidikdə həll olmuş sidik cövhəri,kreatinin,sidik turşusu,natrium,kalsium və s. duzların miqdarından asılı olub, orta hesabla gün ərzində bütünlüklə 60 qrama qədər olur.
Beləliklə böyrək xəstəlikləri zamanı,yaxud digər orqan və sistemlərin xəstəlikləri zamanı sidiyin xüsusi çəkisi artıb-azala bilir.Belə ki,şəkərsiz diabetdə, çoxlu maye qəbul etdikdə,xroniki böyrək çatışmazlığında,ürək ödemlərinin çəkilməsi mərhələsində sidiyin xüsusi çəkisi azalır və əksinə şəkərli diabetdə,ishal,qusma zamanı sidiyin xüsusi çəkisi artır.
Sidiyin xüsusi çəkisi Zimmitski sınağı ilə yoxlanılıb qiymətləndirilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sidiyin fiziki xassələri" haqqında müzakirə