Sidikdə zülalın təyini

  • Müəllif: redaktr
  • Tarix: 12 fevral 2017
  • Baxış sayı: 9 831
  • 0 rəy

Sidikdə zülalın təyini
Normal halda sidikdə gün ərzində 30-150 mq-a qədər zülal ifraz edilir.Hazırda bu miqdarda zülal sidiyin ümumi müayinəsində aparılan keyfiyyət sınaqları ilə aşkar edilmir.Ancaq bu sınaqlarda sidikdə zülalın miqdarı 0,033q/l və ondan çox olduqda təyin edilir ki,bu da prteinueriya adlanır.
Proteinuriya böyrək və qeyri-böyrək mənşəli ola bilər.Böyrək mənşəli proteinuriya 2 yerə bölünür:
1 funksional
2 üzvi
Funksional proteinuriya böyrək filtirinin keçiriciliyinin artması nəticəsində meydana çıxır.Bu aşağıdakı səbəblərdən baş verə bilər:
- yürüş
- emosional
- soyuq
- ortostatık
Üzvi böyrək proteinuriyası böyrək filtirinin iltihabı,damar pozğunluqları və böyrəyin başqa struktur pozğunluqları zamanı baş verir.Bu zaman böyrək yumaqcığında olan dəyişikliklər az olduqda ondan yalnız kiçik molekullu zülallar keçir və sidikdə görünür.Bu proses albiminuriya adlanır.Ancaq kiçik molekullu zülalların sidikdə ifraz olunması selektiv(seçici)protenuriya adlanır.
Yumaqcıq filtirinin ağır drəcədə zədələnməsi nəticəsində kiçik molekullu zülallarla yanaşı iri molekullu zülallar da (qlobilinlər)ifraz olunur.Buna qeyri-selektiv proteinuriya deyilir.Proteinuriyanın növünün təyin olunmasının böyük diaqnostik və praqnostik əhəmiyyəti vardır.
Əmələ gəlmə yerinə görə böyrək proteinuriyası yumaqcıq və kanalcıq mənşəli olur.Bundan başqa proteinuriya həqiqi və yalançı ola bilir.Yalançı proteinuriya sidikdə qan formalı elementlərin parçalanması nəticəsində aşkar edilir.Bəzi hallarda hərarət yüksək olan şəxslərdə,qan dövranında durğunluq olduqda və yaxud fiziki işdən sonra sidikdə zülal müşahidə olunur.
Sidikdə zülalın olmasının qaynatma və sulfasalisil turşusu sınağı ilə təyin etmək olur.
Sidikdə zülalın olmasını bir gün ərzində sidikdə itirilən zülalın miqdarının təyini proteinuriya dərəcəsini daha dolğun ifadə edir.Bəzi patoloji hallarda qanda yüngül polipeptid zəncirləri əmələ gəlir və molekulların kiçik olması nəticəsində böyrək filtirindən sidiyə keçir.Bu zülal Bens-Cons uroproteini adlanır,sidiyin termopresipitasiyası və elektroforetik müayinəsi ilə təyin olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sidikdə zülalın təyini" haqqında müzakirə