Sidiyin osmotik durulaşdırılması və qatılaşdırılması
Sidiyin əmələ gəlməsində və orqanizmin osmotik homeostazın saxlanılmasında sidiyin osmotik qatılaşdırılması və durulaşdırılmasının mühüm əhəmiyyəti vardır.
Osmotik homeostazın tənzim olunması,orqanizmin suya və osmotik aktiv maddələrə olan tələbatından asılı olaraq böyrəklərin sidiyin tərkibinin dəyişdirmək qabiliyyətinə əsaslanır.Belə ki, bədəndə su artıq olduqda qan plazmasına nisbətən hipotonik,tərkibində az osmotik maddələr olan sidik ifraz olunur.Amma bədən susuzlaşdıqda az miqdarda hipertonik,tərkibində osmotik maddələrin qatılığı çox olan sidik ifraz edilir.
Sidiyin osmotik qatılaşdırılması və durulaşdırılması aşağıdakı kimi baş verir.
Kanalcığın paroksimal hissəsində su və osmotik aktiv maddələr elə bir mütənasiblikdə reabsorbsiya olunurlar ki,kanalcıq mayesinin qatılığı(osmotik) qan plazmasının qatılığına bərabər olur.
Orqanizmdə su çatışmadıqda antidiuretik hormonun sekresiyası artır,onun təsirindən su osmotik qradiyent ilə intersistal toxumaya keçir.Kanalcıq daxili mayenin beyin maddəsi ilə kanalcıqada hərəkəti nəticəsində sidiyin qatılaşması davam edir.Sidiyin qatılaşmasında natrium ionlarından başqa sidik cövhəri də əhəmiyyətli rol oynayır.
Böyrəyin sidiyi qatılaşdırması qabiliyyəti orqanizmdə baş verən pozğunluqlar səbəbindən baş verir.Məsələn,ailəvi şəkərsiz diabet zamanı proksimal kanalın gödək olması səbəbindən suyun böyrəklərdən normal reabsorbsiyası pozulur.Belə ki,böyrək kanalcıqlarında əmələ gələn patologiyalar böyrəklərin fəaliyyətində çatışmazlıqlara səbəb olur və sidiyin tərkibi dəyişir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sidiyin osmotik durulaşdırılması və qatılaşdırılması" haqqında müzakirə