Sidiyin kimyəvi xassələri
Reaksiyası
Sidiyin reaksiyası pH-4,5 - 8,4 arasında tərəddüd edərək zəif-turş,yaxud zəif qələvi olur.Sağlam adamlarda adətən adi qida rejimində pH-6,0 olur.Sidiyin reaksiyası həm qidanın təsirindən,həm də dərman maddələrinin tətbiqi zamanı dəyişir.Məsələn,ət yeməkləri sidiyin reaksiyasını turş mühitə meyl etməyə,meyvə-tərəvəz isə qələvi mühitə doğru dəyişməsinə təsir edir.Sidikqovucu dərmanlar,kortikosteroidlər,metionin,penisillin sidiyin reaksiyasını asanlıqla dəyişə bilir.
Sidiyin reaksiyasının dəyişməsinə müxtəlif xəstəliklər də səbəb ola bilir.Bu xəstəliklərə aşağıdakılar aiddir.
1) pH-ın miqdarını azaldanlar:
- şəkərli diabet
- böyrək vərəmi
- asidoz
- hipokaloiemik alkoloz
2) pH-ın miqdarını artıranlar:
- qusma
- sidik yollarının müxtəlif iltihabı xəstəlikləri
- bakterial ammonyak qıcqırması
Sidiyin reaksiyasını öyrənmək bir çox xəstəliklərin müayinəsi və müalicəsi zamanı mühüm əhəmiyyət kəsb edir.Çünki,onun vasitəsilə orqanizmin turşu-qələvi vəziyyəti haqda məlumat toplamaq mümkündür.
Digər tərəfdən pH-ın miqdarından asılı olaraq həll olmuş bəzi duzlar kristal halında çöküntüyə küçə bilir.Məsələn,sidik turşusu pH 6,0-dan az olduqda həll olmuş duzlar kristal halına keçə bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sidiyin kimyəvi xassələri" haqqında müzakirə