Dermatomiozitin kliniki mənzərəsi

  • Müəllif: elnare
  • Tarix: 9 yanvar 2017
  • Baxış sayı: 2 181
  • 0 rəy

Dermatomiozitin kliniki mənzərəsi.
Xəstəliyin təzahürləri sistemliliyi və polisindromluğu ilə fərqlənir. Əsas simptomlara aiddir:
1. Əzələ simptomları.
Bu simptomlar özünü miozit, əzələ atrofiyası, kalsifikasiya ilə biruzə verir.
2. Dəri simptomları.
Bu zaman dəridə eritema, dərinin şişkinliyi, dermatit, piqmentasiya – depiqmentasiya, telengioektaziya, hiperkeratoz və övrə əlamətləri aşkar edilir.
3. Oynaq əlamətləri.
Oynaq əlamətləri artralgiya, periartrikulyar toxumanın zədələnməsi, artrit şəklində özünü göstərir.
4. Visseral əlamətlər.
Bu əlamətlər kardioskleroz, miokardit, pnevmonit, aspirasion pnevmoniya, pnevmofibroz, mədə-bağırsaq qanaxmaları, kəskin böyrək çatışmazlığı, polinevropatiya əlamətləri ilə meydana çıxır.
Xəstəliyin birinci mərhələsi bir-neçə aya qədər davam edə bilir və xəstələrdə yalnız əzələ və dəri əlamətləri meydana çıxır.
İkinci mərhələ xəstəliyin diaqnozunu ifadə edən əlamətlərlə özünü göstərir.
Uçüncü mərhələ isə daxili orqanların distrofik dəyişiklikləri və onların funksional çatışmazlığı əlamətləri ilə xarakterizə olunur. Bu periodda fəsadlaşmalar qeyd edilir.
Xəstəliyin 3 yedişi var:
– kəskin
– yayımkəskin
– xronik.
Xəstəlik yüksək qızdırma əzələ ağrıları və zəifliyi, ürək, ağciyər, nevroloji patologiyalarla xəstələri narahat edir. Xəstəlik irəlilədikcə əlamətlər kəskinləşir və bir-neçə ay sonra fəsadlaşmalar baş verir.
Diaqnoz qoyulan zaman rentgen və USM-in nəticələrinə əsaslanaraq daxili orqanların vəziyyəti qiymətləndirilir.
Tam diaqnozun qoyulmasında xəstəliyin gedişi, gedişinin forması, ağırlaşmalar nəzərə alınır və dəyərləndirmə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dermatomiozitin kliniki mənzərəsi" haqqında müzakirə