Angiotrofopatiyalar

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 2 126
  • 0 rəy

Angiotrofopatiyalar
Xəstəlik özünü əl və ayaqların distal şöbələrində,nadir hallarda isə üzdə(burun,qulaq,dodaqlar)təzahür edən patoloji fenomenlərin toplu qrupudur.Bu xəstəlik zamanı aşağıdakılar baş verir:
- vegetativ damar pozğunluqları
- trofik damar pozğunluqları
- polinevrit əlamətləri
Angiotrofopatiyalar zamanı sinirlərin birincili,çoxsaylı zədələnmələri olmur.Xəstəliyin əmələ gəlməsində aparıcı yeri damar hərəki pozulmaları tutur.Xəstəlik əllərdə və ayaqlarda ağrı ilə müşayiət olunan dəri avazıması və soyuması ilə özünü biruzə verir.Sonra dəri açıq qırmızı rəng alır,ağrılar azalır.Tutmalar bir-neçə dəqiqə davam edir və sonra əlamətlər itir.Xəstəlik irəlilədikcə barmaqlarda trofik pozulmalar üstünlük təşkil edir.Bu zaman travmatik zədələnmələr və iltihabi proseslər asan əmələ gəlir və gec sağalır.Xəstəlik ağırlaşdıqda isə barmaqların uc bükümləri içəri sorulur və ya qopub düşür.Bu zaman sklerodermiya inkişaf edə bilir.
Xəstəliyin xarakter xüsusiyyətinə aiddir:
- barmaqların uzun müddət səbəbi bilinməyən soyuması
- barmaqların uzun müddət sianozlaşması
- qanqrenoz ocaqların olmaması
- Reyno xəstəliyinin istisna edilməsi
Xəstəliyin ağırlaşmalıarı uzun illər əlamətlər müşahidə edildikdən sonra meydana çıxır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Angiotrofopatiyalar" haqqında müzakirə