HEMOROGİK VASKULİT

  • Müəllif: admin
  • Tarix: 25 dekabr 2016
  • Baxış sayı: 138 343
  • 0 rəy

 HEMOROGİK VASKULİT.
Hemorogik vaskulit sistem autoimmun xəstəliklər qrupuna aid olub, kiçik damarların zədələnməsi ilə xarakterizə olunur. Vaskulitin səbəbi tərkibində İg A olan immun kompleksin damar divarında çökməsi və bunun nəticəsi olaraq damar divarının iltihaba uğrayaraq keçiriciliyin artmasıdır. Bu artım da özünü hemorogik sindromla ifadə edir.
Xəstəlik əsasən uşaqlarda və gənclərdə olur. Xəstəliyin əmələ gəlməsində streptokok anginasının, xroniki tonzillitin kəskinləşməsinin, faringitin, vaksin və zərdabların, bədənin dərmana reyaksiyasının, bədənin soyuqlamasının rolu böyükdür.
Xəstəlik dəri -hemorragik sindromu, oynaqların zədələnməsi, abdominal və böyrək sindromları ilə özünü biruzə verir. Xəstələrin qarın boşluğu damarlarının mikrosirkuryasiyası pozulur, qlomerulonefrit əlamətləri başlayır, sidikdə zülal, qan aşkar edilir. Böyrək əlamətləri uzun müddət davam edir və xəstədə böyrək çatmazlığı ilə nəticələnən xroniki qlomerulonefrit formalaşır.
KLİNİKİ MƏNZƏRƏSİ: Xəstəlik müxtəlif dərəcədə ifadə olunan hemorogik sindromla, habelə patoloji prosesə qoşulan oynaq, qarın boşluğu üzvləri və böyrək xəstəlikləri ilə özünü xarakterizə edir.
KLİNİKASI: Xəstələrdə yüngül hərarət, ayaqlarında gicişən eritomatoz papulaların yaranması aşkar edilir. Əsasən böyük oynaqlarda ağrı və şişkinlik baş verir, oynaqlarda qansızmalar görünür. Qarın boşluğunda ağrılar olur, ağrılarla yanaşı qanlı qusmalar da müşahidə olunur. Prosesə böyrəklər də qoşularsa nefrit əlamətləri meydana çıxır.
Xəstəlik kəskin başlayır, əlamətlər get gedə artır,
DİAQNOZU: Xəstəliyin əlamətlərinə yaxşı diqqət yetirilsə diaqnoz qoymaq çətin olmur. Anamnez toplanır və dərinin hemorogik səpgilər olan yerindən biopsiya götürülür. Diaqnoz damarlarda tərkibində İg A olan immun komplekslərin aşkar edilməsi ilə təsdiq edilir.
MÜALİCƏSİ: Müalicə xəstəliyin fazasına və hansı sindromun çox olmasına baxaraq aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"HEMOROGİK VASKULİT" haqqında müzakirə