Sap infeksiyası
Sap infeksiyası.
Sap kəskin infeksion xəstəlik olub özünü septik əlamətlərlə, dəridə çoxlu sayda yaralarla, orqan və toxumalarda iltihabı proseslərlə biruzə verir.
Xəstəlik sap bakteriyaları tərəfindən yoluxur. Sap bakteriyaları spor və kapsul əmələ gətirmir, qrammənfidir və anareob təsirə malikdirlər.
Xəstəlik insanlara xəstə atdan, dəvədən yoluxur. Xəstəliyə gigiyenik qaydalara əməl etmədən xəstə heyvanlara baxan adamlarda rast gəlinir. Sap infeksiyası soosnoz xəstəlikdir,i nsandan insana yoluxmur.
İnfeksiya insan orqanizminə dəri, göz, burun və ağız vasitəsilə daxil olur. Xəstəlik özünü daxildə və dəridə əmələ gətirdiyi çoxsaylı yaralarla göstərir. Yaralar əsasən dəri və dərialtı toxumanı zədələyir və sağaldıqda yerində çapıq toxuma qoyur.
Xəstəliyin inkubasiya dövrü 1gündən 3 həftəyə kimi ola bilir. Xəstədə aşağıdakı əlamətlər özünü göstərir:
- yüksək temperatur
- əzələlərdə ağrılar
- baş ağrıları
- ümumi halsızlıq
- dəridə şişkinlik
- dəridə yaralar.
Sap infeksiyası zamanı ən çox üzün dərisi, ağız və burun ətrafı nahiyələr zədələnir. Yaralar əmələ gəldikdən bir müddət sonra irinləyir, qatı irin dərialtı piy təbəqəsini zədələyir. Xəstədə pnevmoniya əlamətləri meydana çıxır və sinədə ağrılar əmələ gəlir. Sap infeksiyası bəlğəmli öskürək, sürətli ishal, ürək çatışmazlığı əlamətlərilə müşayiət edilir. Xəstənin qaraciyəri və dalağı böyüyür.
Xəstəlik 4-5 həftə davam edir və ölümlə nəticələnir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sap infeksiyası" haqqında müzakirə