Aktinomikoz

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 5 359
  • 0 rəy

Aktinomikoz
Aktinomikoz xroniki infeksion xəstəlik olub ağız boşluğu, bağırsaq, diş əti və badamcıqlarda irinli abseslərin əmələ gəlməsi ilə özünü göstərir. Xəstəliyin gedişinə görə bir-neçə forması var. Aktinomikoz xəstəliyinə ən çox kişilər və spiral qoyduran qadınlar arasında rast gəlinir.
Əlamətləri:
Aktinomikozun bağırsaq forması ağız boşluğu və bağırsaqlarda irinli abseslərin olması ilə xarakterizə olunur. Bu zaman xəstələrdə qusma, ürəkbulanma, qarında ağılar, qəbizlik və ya irinli ishalla xarakterizə olunur.
Xəstəliyin boyun forması ağız boşluğu və boyuna qədər irinli yaraların olması ilə xəstələri narahat edir. Bu zaman irinlər deşildikdə onlardan qatı, sarı rəngdə iltihab axır. Xəstəliyin bu formasında ağızda, dildə, boğazda ağrılı yaralar əmələ gəlir.
Xəstəliyin döş forması zamanı irinli yaralardan siviş əmələ gəlib və irinlər xaric olmasına baxmayaraq xəstələrdə yüksək temperatur, bəlğəmli öskürək müşahidə edilir.
Aktinomikozun ümumi forması zamanı əlamətlər dəri patologiyaları ilə xarakterizə edilir. Xəstəliyin dəri formasında bütün dəri, onurğa, baş beyin, qaraciyər, böyrəklər, sidik axarı orqanları, qadınlarda uşaqlıq və yumurtalıqlar zədələnir. Bu zaman xəstələrdə aşağıdakı patologiyalar meydana çıxır:
- ürəkbulanma
- yüksək qızdırma
- ağrılar
- arıqlama
- qəbizlik
- bəlğəmli öskürək.
Xəstəliyin törədiciləri aktinomisetlər, göbələklər, taxıl bitkilərinin emalı zamanı əmələ gələn kif göbələkləridir. Aktinomikoza diaqnozun qoyulmasında infeksiya ocaqlarından götürülən yaxmada mikrobların tapılması əsas götürülür. Müalicə antiboitiklər və göbələk əleyhinə dərman preparatları vasitəsilə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aktinomikoz" haqqında müzakirə