Dil-udlaq sinirinin nevralgiyası
Dil-udlaq sinirinin nevralgiyasına üçlü sinirin nevralgiyasından 100 dəfə çox rast gəlinir.Xəstəliyə ən çox 40 yaşdan yuxarı adamlarda rast gəlinir.Xəstəliyin 2 forması var:
- idiopatik
- simptomatik
Xəstəliyin etiolojiyasında vidacı dəliyin şişləri və osteofit,sinir kökünün çapığı,yuxu anevrizması,qırtlağın xərçəngi,körpü-beyincik bucağının şişi,yoluxucu xəstəliklər,intoksikasiyaların rolu böyükdür.
Xəstəlik özünü dilin kökündə,badamcıqlar və damaq qövsündə lokalizə olunan kəskin,dartıcı,yandırıcı,burucu ağrıların bir neçə saniyə davam etməsi ilə bildirir.Ağrılar tez-tez qulaq daxilinə,boğaza və alt çənənin arxa bucağına irradiasiya edir.Ağrı paroksizmaları bradikardiya və arterial təzyiqin enməsi fonunda huşdangetmə halı ilə müşayiət olunur.Bu dilin udlaq sinirinin tərkibində yuxu sinusundan damar-hərəki mərkəzə impuls daşıyan sinirin olması ilə əlaqədardır.Ağrının baş verdiyi yer dilin kökü,badamcıqlar və damaq qövsü olur.Ağrı zamanı xəstələr ünsiyyətdən qaçır,qidanı və suyu ağzının bir tərəfi üstə udmağa çalışır və duru yeməklər qəbul etməyə çalışırlar.Ağrılar isti və soyuq qida qəbul edən zamanı,öskürək,gülüş zamanı başlayır.
Diaqnoz zamanı dil-udlaq sinirinin nevralgiyasını üçlü sinirin nevralgiyasından fərqləndirmək lazım gəlir.Xəstəliyin proqnozu xoşxassəlidir.
Müalicə ağrı tutmalrının kəsilməsindən ibarətdir. Bu zaman dilin kökünə 20%-li kokain məhlulu sürtülür.Bu,ağrıları 6-7 saat müddətində dayandıraraq xəstəni sakitləşdirir.Kəskin və davamlı ağrılar zamanı dilin kökünə 1-2%-li novakain məhlulu yeridilir,novakainlə blokada aparılır.
Müalicə zamanı fizioterapevtik müalicə üsullarından istifadə edilir,xəstəyə B12,ATF,FİBS,jenşen və s.təyin edilir.
Müalicə təsir etmədikdə kəllə çuxuru səviyyəsində radikotomiya,traktotomiya və mezensefal xordotomiya tətbiq olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Dil-udlaq sinirinin nevralgiyası" haqqında müzakirə