Ağciyərlərin emfizeması

  • Müəllif: elnare
  • Tarix: 30 dekabr 2016
  • Baxış sayı: 3 163
  • 0 rəy

Ağciyərlərin emfizeması.
Ağciyərlərin emfizeması ağciyərlərin axır bronxiollarından distal hava şöbəsinin genişlənməsi və alveolların divarlarının destruktiv dəyişiklikləri ilə müşayət olunan patoloji vəziyyətdir. Xəstəliyə ümumi əhalinin 4%-ində rast gəlinir, 60 yaşdan yuxarı adamlar arasında bu kliniki problemlərdən biri sayılır. Ağciyərlərin emfizeması tənəffüs yollarının lokallaşmış zədələnmələri və patogenezinə görə digər ağciyər xəstəliklərindən fərqlənir.
Alveolların xroniki iltihabını törədən səbəb emfizomator dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. Xəstəliyin əmələ gəlməsində başqa faktorların da rolu böyükdür.
Papiros çəkmə.
Papiros çəkmə tənəffüs yollarında ləng gedişli iltihabı pöroses törədərək proteolitik fermentlərin leykositlərdən residivləşməsinə və ya daima azad olunmasına səbəb olur.
Peşə zərərləri.
Xəstəliyin baş verməsində əsas risk faktoru peşə zərərləridir. Şaxtaçılarda əmələ gələn pnevmakonioz, tənəfüs yollarinin iltihabı xəstəlikləri, bəzi dərman vasitələrinin uzun müddət qəbul edilməsi xəstəliyi törədən səbəblədən hesab edilir.
Ağciyər emfizemasının yaradan səbəblərdən biri də antitripsin çatışmazlığıdır. Bu çatışmazlıq genetik faktordur. Antitripsin çatışmazlığı ağciyər toxumasının həssaslığını artırır və bu həssasıq ağciyər emfizemasının yaranmasına, tez inkişaf etməsinə şərait yaradır.
Xəstəliyin əmələ gəlməsində alveolların divarı və qoruyucu strukturların dağılması, hava boşluqlarının həddindən artıq genişlnməsinə səbəb olur. Ağciyər emfizemasının aşağıdakı növləri var:
– panasinar emfizema
– proksimal asinar emfizema
– distal asınar emfizema
– irrequlyar emfizema
– bulloz emfizema.
Ağciyərin emfizeması həmişə xüsusi əlamətlərə malik olmur, çox vaxt onunla yanaşı gedən xəstəliklərin əlamətləri altında gizlənir. Xəstəlik proqressivləşdikcə xəstənin şikayətləri də artır, aşağıdakı əlamətlər özünü göstərir:
– az miqdar bəlğəmli öskürək
– respiraor infeksiya qoşulduqda təngnəfəslik
– müqavimətin zəifləməsi.
Xəstliyə diaqnozun qoyulmasında ağciyərlərə qulaq asmanın və rentgenoloji müayinənin rolu böyükdür.
Müalicə zamanı bəlğəmgətiricilərdən və qlükokortikoidlərdən istifadə edilir. Xəstəliyin ağır formasında cərrahi yolla ağciyərin periferik hissələri rezeksiya olunur.

nigarhospital.az

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ağciyərlərin emfizeması" haqqında müzakirə