Sklerodermiya
Sklerodermiyanın əmələ gəlmə sbəbləri arasında aşağıdakı risk faktorları vardır:
– hipofizin funksiyasının pozulmaları
– böyrəküstü vəzin hormonal funksiyasının pozulması
– irsi faktor
– ekoloji faktorlar
– müxtəlif infeksiya və bakteriyalar
Xəstəlik özünü dəridə əmələ gələn ödemli,bərkimiş və atrofik qabarmalarla biruzə verir.Bəkkimiş qabarmalar barmaqla basıldlqda içəri doğru basılmır və iz qoymur.Bəzi hallarda dəri sərtləşir və parlaq olur.Qabarmalarr ən çox əlin görünən hissələrində meydana çıxır.Əsasən əldə,qolda,barmaqlarda əmələ gəlir.
Sklerodermiyanaın atrofik forması barmaqların ucunda əmələ gələn parlaq dəri artımları ilə xarakterizə olunur.Bu cür xəstələrin barmaqları bükülr və pəncyə oxşayır.Sklerodermiya üzdə əmələ gələndə isə fibroz toxuma üzün normal qırışlarının gərilməsinə və yox omasına səbəb olur.Bu zaman xəstənin dodaqlaqrı nazilir və o ağzını tam aça bilmir.
Skleroderiyanın ən çox rast gəlinən formalarından biri udlaq da əmələ gələn fibroz fomasıdır.Bu zaman xəstələrin udma aktı pozulur,neyroyik əlamətlər,reflyuks əlamətləri meydana çıxır.Ağ ciyərdə əmələ gəlmiş sklerodermiya xəstələrdə öskürəyə və fiziki aktivlik zamanı nəfəs tatışmazlığına səbəb olur.
Xəstəliyin müalicəsi yoxdur,amma,daxili orqanlarda əmələ gətirdiyi patologiyaları aradan qaldırmaq üçün spesifik tədbirlər görülür.Müalicə məqsədi ilə xəstənin immuniteti artırılır,damar genəldici preparatlar təyin edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sklerodermiya" haqqında müzakirə