POLINEVROPATIYALAR

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 1 842
  • 0 rəy

POLINEVROPATIYALAR
Polinevropatiyalar – degenerativ-destruktiv proses olub, ətrafların bir neçə sinir kötüyünün simmetrik zədələnməsi və distal şöbələrdə sensmotor pozulmların olması ilə təzahür edir.
Proses beyin qişalarına və beyin maddəsində yayıldıqda meninqopoliradikulonevrik, mielopoliradikulonevrit yaxud ensefalomielopoliradikulonevrit diaqnozu qoyulur.
Patogenezi:
Polinevritlərin patogenezində infeksion-allergik, toksik və metabolik etioloji amillərə mühüm əhəmiyyət verilir.
Etioloji amilin müxtəlifliyindən asılı olaraq klinik xüsusiyyətlər mütəlif şəkildə özünü biruzə verir.
1. Süst parez və ifliclər.
2. Hissiyyat pozulmalarının tez-tez kötük ağrıları ilə müşahidə olunan kötük tipi.
3. Sakitləşmə simptomlarının qıcıqlanma simptomları ilə birgə çıxış etməsi.
4. Vegetativ-trofik pozulmalar.
5. Hərəki, hissi, vegetativ pozulmalar simmetrikdir, distal şöbələrdə üstünlük təşkil edir.
Gövdənin sinirləri adətən zədələnmir, funksiyaları nadir hallarda pozulur, bəzən kəllə sinirləri zədələnir.
Diaqnostikası:
EMQ və ENMQ-nın böyük əhəmiyyəti vardır. Zədələnmiş sinirin biopsiyasi nəinki patoloji prosesə cəlb olunmasını verifikasiya etməyə, eləcə də nevropatiyanın başqa formalarını prosesə cəlb etməyə imkan verir.
Müalicəsi:
Xəstəyə vitaminoterapiya – B1, B12 vitaminləri təyin olunur. Simptomatik əlamətlərə müvafiq medikamentoz müalicə aparılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"POLINEVROPATIYALAR" haqqında müzakirə