Hamiləlik zamanı maddələr mübadiləsi

  • Müəllif: elnare
  • Tarix: 26 yanvar 2017
  • Baxış sayı: 2 361
  • 0 rəy

 Hamiləlik zamanı maddələr mübadiləsi.
Hamiləlik zamanı maddələr mübadiləsi intensiv olur və hamiləliyin II yarısında əsasən dəyişkliklər baş verir.
Zülal mübadiləsi.
Hamiləlik vaxtı qadın orqanizmində uşaqlığın və süd vəzisinin böyüməsi nəticəsində zülallı maddələr toplanır və inkişaf edən dölün qurulmasında iştirak edir. Bir hissə zülal isə ehtiyat şəklində qalaraq gələcəkdə doğuşdan sonra dölün döşlə qidalanmasına sərf olunur. Çoxlu miqdarda zülalla zəngin olan qida qəbulu orqanizm üçün əks təsir göstərir.
Karbohidrat mübadiləsi.
Karbohidrat hamilə qadın orqanizmi üçün enerji material sayılır və orqanizmdən yaxşı sorulur. Bu zaman qanda şəkərin miqdarı normal olur, qlükogen şəklində qaraciyər vəzilərində, cift və uşaqlıq əzələsində toplanır.
Yağ mübadiləsi.
Hamilə qadının qanında yağlar özünü xolesterin və lipoid şəklində göstərir. Nadir hallarda hamiləlik vaxtı yağlar dərialtı piy təbəqəsində qalınlaşır. Lipoidlər ana və döl orqanizmində toxumaların qurulmasına sərf olunur. Neytral yağlar isə orqanizmdə enerji mənbəyi daşıyır.
Su mübadiləsi.
Hamiləlik zamanı qadın orqanizmində dölün skletinin qurulmasında iştirak edir. Hamiləlik zamanı orqanizmdə suyun normal olması dölün doğuş yollarından keçməsi üçün şərait yaradır.
Vitamin mübadiləsi.
Hamilə qadının orqanizmində vitaminlə olan ehtiyac bətndaxili dölün zəif inkişaf etməsinə səbəb olur. Hamilə qadının orqanizmində C, B, D, E vitamininə olan təlabat ödənilməzsə, qadın orqanizmində patoloji hal əmələ gəlir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik zamanı maddələr mübadiləsi" haqqında müzakirə