Hamiləlik zamanı bədənə qulluq

  • Müəllif: elnare
  • Tarix: 29 dekabr 2016
  • Baxış sayı: 2 108
  • 0 rəy

Hamiləlik vaxtı dərinin təmizliyinə diqqət yetirilməlidir.Bu vaxt dəri tənəffüsü güclənir,orqanizmdən lazımsız maddələr tər vasitəsilə xaric olur,hamilə vaxtı yüklə işləyən böyrəyin işi yüngülləşir.Dərinin təmiz olması bir çox infeksion xəstəliklərin profilaktikasında əsas rol oynayır.
Hamiləlik zamanı bədəni ilıq duş altında yumaq lazımdır.Hamiləlik zamanı vanna qəbul etmək məsləhət görülmür.Çünki,patogen mikroblar uşaqlıq yoluna daxil ola bulər.Bunun baş verməməsi üçün hamilə qadın cinsiyyət üzvünü ilıq su və sabunla yumalıdır.Amma bu zaman əllərini qabaqcadan diqqətlə təmizləməlidir.Hamilə qadın düz bağırsağını yuyarkən belə diqqətli olmalıdır ki,infeksiya uşaqlıq yoluna düşməsin.
Hamilə qadınlar ağız boşluğunun da təmizliyinə diqqət yetirməlidirlər.Belə qadınlar diş həkiminə müraciət etməli,ağız boşluğunda xəstə dişlər varsa onları müalicə etdirməlidir.Əslində xəstə dişlər hamiləliyə qədət müalicə olunmalıdır.
Hamiləlik zamanı döş vəzilərini gələcək funksiyasını(uşağı əmizdirmə)yerinə yetirməyə hgazırlamaq lazımdır.Döş giləsini və döşün özünü uşaq əmizdirməyə hazırlamaq üçün onlara xüsusi qulluq tələb olunur.Bunun üçün döşləri ilıq su və sabunla yumaq və ya yaş dəsmalla silmək lazımdır.Döşlərin giləsində çat olmasın deyə yumşaldıcılardan və ya təbii yağlardan istifadə etmək lazımdır.
Hamilə qadın kobud materialdan sıx paltar geyməməlidir.Paltar rahat və sərbəst olmalıdır.Əsasən hamiləliyin ikinci yarısında qadınlar geyiminə diqqət yetirməlidirlər.Rezinli paltar və rezinli corablardan istifadə etmək olmaz.Lazım gələrsə hamilə qadınlar xüsusi bandajlardan istifadə etməlidirlər.
Hamilə qadınlar alçaqdaban və rahat ayaqqabı geyinməlidirlər.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Hamiləlik zamanı bədənə qulluq" haqqında müzakirə