Hamiləlik və dərmanlar
Gələcək ana doğulacaq körpəsinin gələcəyi üçün hamiləlik zamanı qidasına, istirahətinə, sağlamlığına diqqətlə yanaşmalıdır. O hamiləlik zamanı orqanizmində baş verən bəzi narahatlıqlara görə dərman qəbul edə bilməz. Ümumiyyətlə hamiləlik zamanı çox dərman qəbul etmək olmaz. Ən çox hamiləliyin ilk üç ayında dərmanların qəbulu qadağandır. Çünki bu dövr dölün hüceyrələrinin, toxumalarının, uşağın orqanlarının inkişaf dövrüdür. Qəbul edilən hər bir dərman doğulacaq uşağın sağlamlığı üçün zərərli ola bilər.
Hamiləlik zamanı orqanizmdə baş verən narahatçılıqları aradan qaldırmaq üçün bitki çaylarından istifadə etmək daha məqsədəuyğundur. Amma bitki çaylarını da həkimin məsləhəti ilə qəbul etmək lazımdır.
Hər bir qadın hamiləlik dövründə tərkibində vitaminlər və minerallar olan həblər qəbul eləməlidir. Hamilə qadında qıcqırma, qəbizlik, baş və bel ağrıları ola bilər. Çalışmaq lazımdır ki, bu narahatçılıqlar təbii yollarla aradan qaldırılsın.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Hamiləlikdə çəki artımı
29 dekabr 2016
HAMİLƏLİK ZAMANI DƏMİR ÇATMAZLIĞI
29 dekabr 2016
Qadınlara hamiləlik dərmanları zərərlidirmi?
16 yanvar 2017
Xəstə qadınların hamiləliyi
29 dekabr 2016
Aybaşı ola-ola hamilə qalmaq mümkünmüdür?
17 fevral 2017
Hamiləlik zamanı maddələr mübadiləsi
26 yanvar 2017
"Hamiləlik və dərmanlar" haqqında müzakirə