Tibbin sirli xəstəlikləri

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 2 326
  • 0 rəy

 
Tibbin sirli xəstəlikləri
Müasir tibb elminin inkişafına baxmayaraq hələ də əmələ gəlmə səbəbi bilinməyən xəstəliklər var.Onlardan bir neçəsini sizlərə təqdim etmək istəyirəm.
1 Ensefalit letargiyası
Xəstəlik barədə 1900-ci ilin tibbi kitablarında müxtəlif yazılara rast gəlmək olur.Amma,onun əmələ gəlmə səbəbi hələ də aydınlaşmayıb. Xəstəlik zamanı insan uzunmüddətli yuxuya gedir,lakin onun huşu aydın olur.Yuxu bəzən elə dərin olur ki,xəstə hətta yatdığı yerdən tərpənmir. Keçmişdə belə adamları ölmüş bilib dəfn eləmək hallarına da rast gəlinib.Xəstəliyin hansı səbəbdən baş verməsi tibbə məlum deyil.
2 Marburq virusu
Xəstəlik ilk dəfə rast gəlinən şəhərin adı ilə adlandırılıb.Bu xəstəlik ilk dəfə Almaniyanın Marburq şəhərinin həkimləri qeyd etmişlər.Xəstəlik meymundan insana keçir və daxili orqanlarda qanaxmalarla müşayiət edilir və xəstənin ölümünə səbəb olur.
3 Qəfil uşaq ölümü
Bu xəstəlik 1 ayından 1 yaşına qədər olan uşaqların yuxuda olarkən qəfil ölümü ilə xarakterizə edilir.Xəstəlik zamanı uşaqlar heç bir patoloji əlamət olmadan yuxuda qəfil ölürlər.
4 Quduz inək
Bu xəstəlik inəklərin ensefalopatiyası ilə baş verir.Belə ki,bu zaman onların beyini tamamilə əriyir və bu inəyin ölümünə səbəb olur.
5 Elektromaqnit sahəsinə həssaslıq
Bu xəstəliyi həkimlər fiziki xəstəlik kimi yox psixi xəstəlik kimi qiymətləndirirlər.Bu zaman xəstələr ətrafdakıları onlarda elektromaqnit qüvvəsinin olmasına inandırmağa çalışırlar.
6 İnsanın daşa dönməsi sindromu
Bu xəstəlik zamanı insanların əzələləri tədricən daşlaşır.Bu xəstənin bütün hərəkətlərinin tam iflic olduğu zamana qədər baş verir.
7 Kivatel sindromu
Bu xəstəlik ilk dəfə Şəreqi Afrika ölkələrində qeyd edilib.Xəstəlik 5-15 yaşlı uşaqlar arasında baş verir Bu zaman uşaqların başı öz formasını dəyişir,onlar zombilərə oxşayırlar.
8 İngilissayağı tərləmə
Xəstəlik ilk dəfə İngiltərədə qeydə alınıb.Bu zaman əvvəlcə xəstənin başı ağrıyır,sonra xəstə titrəyir,çoxlu tərləyir və ölür.
9 Peruasayağı meteorid xəstəliyi
Bu xəstəlik ilk dəfə Peruda qeydə alınıb. Peruya meteorid düşüb və həmin ərazinin əhalisi naməlum xəstəliyə düçar olub.İnsanlarda güclü ürəkbulanma və zəhərlənmə əlamətləri meydana çıxıb.
10 Ebola
Ebola qanın lixoradka xəstəliyidir,klinikasına görə Marburq xəstəliyinə bənzəyir.Ebola xəstələrdə daxili orqanlarda baş verən qanaxmalar səbəbli ölümlə nəicələnir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Tibbin sirli xəstəlikləri" haqqında müzakirə