Lipodistrofiya

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 3 388
  • 0 rəy

Lipodistrofiya
Barraker-Simons xəstəliyi
Xəstəlik bədənin aşağı hissəsində piyin normal və ya həddən artıq yığılması ilə yuxarı arasında dərialtı piy qatının artofiyasının olması ilə səciyyəvidir.
Lipodistrofiya zamanı xəstələr artıq çəkidən şikayət edirlər.Xəstəlik zamanı çəkinin artmasının qida qəbulu ilə olması öz təsdiqini tapmamışdır.
Bəzən piy distrofiyası prosesinə baş,boyun,qollar,döş qəfəsi də cəlb ola bilir.Bu cür piylənməyə əsasən qadınlar arasında rast gəlinir.Xəstəliyin gedişi ləng olur.Çox vaxt lipodistrofiya dəridə trofik pozulmalar,mülayim vegetativ damar və endokrin pozulmalarla müşayiət edilir. Xəstələrin əksəriyyətində emosional-nevrotik pozulmalar qeyd olunur.
Xəstəliyin əmələ gəlmə səbəbi tibbə məlum deyil.
Müalicə patologiyanın əmələ gətirdiyi simptomlara qarşı aparılır.Müalicə zamanı aşağıdakı üsullardan istifadə edilir:
- endokrin müalicə
- psixotrop müalicə
- vitaminoterapiya
- müxtəlif su prosedurları
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Lipodistrofiya" haqqında müzakirə