Köklüyün sizə məlum olmayan faydaları
Köklüyün sizə məlum olmayan faydaları
Piy toxumasının,artıq çəkinin zərərli olması və müxtəlif xəstəliklərə səbəb olması barədə çox danışılır.Əslində insanın bədənində olan piylər haqqında yetərincə öyrənilməmişdir.Doktor Martina Qruşova insan bədənində olan piylər haqqında müxtəlif fikirləri bir yerə toplamış və piylərin insana olan faydası haqqında 7 nəticə yürütmüşdür.
1 Biz çox miqdarda yağ qəbul etdiyimiz üçün kökəlirik
Bu belə deyil.Yağlar yaxşı və pis olmaqla fərqli olur.İnsanın kökəlməsinə səbəb olan yağlar pis yağlardır.Bu yağlar səbəbindən bizim orqanizmimizdəki piylərin miqdarı artır və biz xəstələnib ağrayırıq.Amma orqanizm yaxşı yağlarsız yaşaya bilməz.Çünki,bəzi vitaminlər yağların sayəsində orqanizm tərəfindən sorulur.
Həkim pis yağ dedikdə ətdə və süd məhsullarında olan və orqanizm tərəfindən sorulmayıb piy toxumasına çevrilərək donub qalmış yağları nəzərdə tutur.Yaxşı yağlar isə balıqda,günəbaxan tumunda,təmiz kərə yağında və qozda olur.
Yağların orqanizm üçün əhəmiyyəti misilsizdir.Yağlar yağda həll olan vitaminlərin sorulmasına yardım etməklə yanaşı,insana toxluq hissi bəxş edir.Bu yağlar orqanizm tərəfindən normal sorulur və maddələr müabadiləsində yaxşı iştirak edir.Tərkibində yağ olan qidalardan istifadə etməməklə arıqlamaq mümkündür.Amma,bu cür pəhrizin insana çox zərəri var.
2 Əzələlərin və yağların çəkisi
Normal orqanizmdə olan əzələ kütləsinin çəkisi piy toxumasının çəkisindən artıq olur.Amma,piylər bəzəndə əzələlərdən artıq yer tutur.Bu səbəbdən də yetərincə idmanla məşğul olan adamların bədənləri daha münasib olur.
3 Düzgün məşqlər etmək
Düzgün məşqlər sayəsində piy toxumasını əzələ toxuması ilə əvəz eləmək mümkündür.Əslində piy və əzələ tamam başqa-başqa şeylərdir.Piyin əzələ toxumasına çevrilməsini kardiovaskulyar idman hərəkətlərilə bərpa eləmək mümkündür.Bu idman hərəkətlərinə qaçış,velosiped sürmək,qantel qaldırmaq aiddir.Bu hərəkətlər orqanizmi yağlardan azad edir və əzələni möhkəmləndirir.İdmanla məşğul olmaqla döş əzələlərini də möhkəmləndirir.
4 İdmanı saxladıqda nələr olur?
Mütamədi olaraq idmanla məşğul olan adam piy toxumasının əzələ toxumasına çevrilməsinə səbəb olur.Amma,idmanı saxladıqda proses geri inkişaf edir.Yəni,yenidən əzələ toxuması piy toxumasına çevrilir.Bunun baş verməməsi üçün mütəxəssislər ən azı həftədə 3 dəfə yarım saat idmanla məşğul olmağı məsləhət bilir.
5 Kök olub yaxşı formada qalmaq olarmı?
Olar.Düzgün qidalanaraq vaxtlı-vaxtında idmanla məşğul olaraq insanın düzgün bədən quruluşuna malik olmasına səbəb olur.İdmanla məşğul olmaq qanda xolesterinin artmasının qarşısını alır,arterial təzyiqin qalxmasına icazə vermir və bədənin formada qalmasına səbəb olur.Qida qəbul edərək idman vasitəsilə normal çəkisini saxlaya bilən adamların sağlamlıqları pəhriz saxlayanların sağlamlıqlarından qat-qat yaxşı olur.
6 Bədəndə toplanmış yağlardan xilas olamanın yeganə yolu arıqlamaqdır.Bundan isə idman vasitəsilə birdəfəlik xilas olmaq mümkün deyil.Arıqlamaq üçün az kalori qəbul edib,çox kalori sərf etrmək mümkündr.Bu sağlam şəkildə arıqlamanın ən düzgün üsuludur.
7 Orqanizmdə piy qatı olmalıdırmı?
Hər bir normal orqanizmdə az miqdar da olsa piy toxuması olmalıdır.Bu orqanizmin normal funksiyası üçün lazımdır.Qadın orqanizmində 20-25%,kişi orqanizmində isə 5-10% piy toxumasının olması normal hesab edilir.Bu göstəricinin az olması ürək-damar sisteminin,endokrin sistemin və mərkəzi sinir sisteminin patologiyalarına səbəb olur.
Mütəxəssislər bədəndə az miqdar piy toxumasının olmasını normal hesab edir və insanlara dəb xətrinə arıq qalmağı tövsiyə etmir.Belə ki,40 yaşlarında olan adamın 20 yaşında geydiyi paltarın onun əyninə yaxşı orturması heç də düzgün hesab edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Köklüyün sizə məlum olmayan faydaları" haqqında müzakirə